“Qız qalası” unudulmadı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq Artisti Əfrasiyab Bədəlbəylinin ikipərdəli "Qız qalası" baleti nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 9-da olacaq milli balet sənətimizin ilk nümunəsi olan "Qız qalası" artıq 75 ildir Azərbaycan səhnəsindədir və hər zaman tamaşaçılar tərəfindən maraqla qarşılanır.

Tamaşada əsas rolları xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Nigar İbrahimova, Tamilla Məmmədzadə, teatrın aparıcı solistləri Makar Ferştandt, Yelena Veremeyenko, Larisa Semyonova ifa edəcəklər.

Səhnə əsərinin bədii rəhbəri və musiqi tərtibatçısı xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu baletmeysteri xalq artisti Qəmər Almaszadə, quruluşçu rəssamı isə əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə