VII Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

VII Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində VII Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, musiqi yarışmasında səkkiz ölkənin - Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə təmsilçiləri bir araya gələcək.

Gənc muğam ifaçılarının çıxışları xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), həvəsləndirici və xüsusi mükafatlar nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə