Turizm sənayesi nümayəndələri arasında görüş

Turizm sənayesi nümayəndələri arasında görüş

Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində oktyabrın 1-də Mədəniyyət və Turizm Nazirliyinin və Sankt-Peterburqun Turizmin İnkişafı üzrə Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Nazirlikdən bildiriblər ki, tədbirdə ölkəmizin və Sankt-Peterburqun turizm sənayesi nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan nazirliyin sektor müdiri Emil Səfərov Azərbaycanın turizm potensialı barəsində, həmçinin nazirlik tərəfindən son illər ərzində Sankt-Peterburq da daxil olmaqla, Rusiya Federasiyasında aparılan fəaliyyət barədə məlumat verərək video təqdimatla çıxış edib.

Daha sonra Sankt-Peterburqun Turizmin İnkişafı üzrə Komitəsi yanında şəhər turizm informasiya bürosunun direktor müavini Valeriy Malışeva Sankt-Peterbuqun turizm potensialı barəsində geniş məlumat verib.

20-dən artıq turizm şirkətinin iştirak etdiyi tədbir ikitərəfli görüşlər formatında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə