Azərbaycan turizmi Belarus mətbuatında

Azərbaycan turizmi Belarus mətbuatında

Ölkəmizin turizm potensialının xarici nəşriyyatlarda təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və "National Geographic Azerbaycan"ın birgə təşkilatçılığı ilə "National Geographic" jurnalının nəşr edildiyi ölkələrin fotoqraf və jurnalistlərindən ibarət 2 qrup cari ilin iyul ayında ölkəmizə tanışlıq səfərləri ediblər. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, layihə çərçivəsində "National Geographic" jurnalının Macarıstan, Hindistan, Koreya, Çin, İsrail, Ukrayna, Gürcüstan, Belarus, İran, Rusiya nümayəndəliklərinin əməkdaşları Azərbaycana gəlmiş və burada fotoreportaj hazırlayıblar.

Qonaqlar paytaxt Bakı ilə yanaşı Naftalan, Qəbələ, Şəkiyə səfər etmiş və bu regionların turizm potensialı ilə yaxından tanış olublar. Səfər nəticəsində toplanan materiallar Belarusun məşhur traveling.by portalında yerləşdirilib.

Məqalə ilə aşağıda göstərilən link vasitəsilə tanış olmaq mümkündür:

http://traveling.by/news/item/1532

Bütün xəbərlər Facebook səhifəmizdə