“Minionlar” Nizami Kino Mərkəzində

“Minionlar” Nizami Kino Mərkəzində

Bu gündən etibarən Nizami Kino Mərkəzində "Minionlar" animasiya filminin 3 D formatında nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Amerika rejissorları Kayl Balda və Pyer Soffinin Brayan Linçin ssenarisi əsasında çəkdikləri "Minionlar" cizgi filmi ailəvi komediya janrındadır. Yaş həddi: 6+ Filmin sloqanı: "Onlar tarixi dəyişəcəklər... Müqavimət mənasızdır!"

Minionlar planetdə insanlardan bir neçə milyon il əvvəldən yaşayırlar. Onların bir ideyaları var – yer üzünün ən Çirkin şəxsiyyətinə qulluq etmək. Dinozavrlar, fironlar, Drakula, Napoleon – hamısı qısa ömürlü oldular. İndi Minionlar Nyu-Yorka üz tutublar. Onları burda pul, hakimiyyət, ətrafına fəlakət saçan super cani Skarlett Overkill və sözsüz ki çox dadlı "banana" gözləyir. Hər halda onlar belə düşünürlər.

Qeyd edək ki, filmdə rolları Sandra Bullok, Con Xemm, Maykl Kiton, Ellison Cenni, Stiv Kuqan, Cennifer Sonders, Ceffri Raş, Stiv Karell, Pyer Soffin, Keti Mikson və başqa aktyorlar canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə