IV Beynəlxalq "Muğam dünyası" festivalı çərçivəsində Bakı Caz Mərkəzində əməkdar mədəniyyət xadimi Cəmil Əmirovun və onun qrupunun konserti olub. SİA-nın verdiyi məlumata görə, gecədə Azərbaycanın və xarici ölkələrin hit caz musiqisi səsləndirilib. Musiqiçilərin çıxışı alqışlarla qarşılanıb.
Qeyd edək ki, məşhur bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov Azərbaycan caz musiqisinin tanınmış nümayəndələrindən biridir. Musiqiçi öz qrupu ilə birlikdə dünyanın bir çox ölkələrində hər il müxtəlif caz festivallarında iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB