“Şah Abbas” romanı nəşr olunub

"Qələm" nəşriyyatı "Tarixi şəxsiyyətlər" seriyasından uşaqlar üçün kitab nəşrini davam etdirir. SİA-nın verdiyi məlumata görə, bu dəfə nəşriyyat Elçin Hüseynbəylinin "Şah Abbas" romanını təqdim edib.

Romanı uşaqlar üçün tanınmış şair-tərcüməçi İbrahim İlyaslı işləyib.

Qeyd edək ki, bundan əvvəl nəşriyyat Vasili Yanın "İsgəndər" və "Çingiz xan", eləcə də Uilyam Neyperin "Atilla" əsərlərini uyğunlaşdıraraq nəşr edib.

Bütün xəbərlər Facebook səhifəmizdə