“Ölkəmizi tanıyaq” devizi altında ekskursiya turları davam edir
"Ölkəmizi tanıyaq" devizi altında respublikamızın ayrı-ayrı bölgələri, onların spesifik xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindən olan IX-XI sinif şagirdləri üçün 01 avqust 2014-cü il tarixdən başlanan ekskursiya turları davam edir. SİA-nın verdiyi məlumata görə, ekskursiya turları hər bir bölgə üçün əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə aparılır.
Tur çərçivəsində avqustun 23-24-də Kürdəmir və Tərtər rayonlarından olan məktəblilər Şəkidə olub. Şəki şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə bu məqsədlə yaradılmış qərargah üzvləri qonaqları Heydər Əliyev Mərkəzində qarşılayıblar. Burada Şəki şəhəri və rayonunun tarixi, iqtisadiyyatı, tarix və mədəniyyət abidələri və sosial obyektləri barədə onlara məlumatlar verilib. Şəkidə olduqları müddətdə şagirdlərə mənalı istirahət arzulanıb. Sonra qonaqlar şəhərdəki Olimpik idman kompleksində yerləşdiriliblər.
Ekskursiya turunun iştirakçıları Şəki Xan sarayı, tarix-diyarşünaslıq muzeyi, Xalq Tətbiqi Sənəti Muzeyi, Yuxarı Karvansaray, Mərkəzi Cümə məscidi, rayonun Kiş kəndində yerləşən Alban məbədi və Fazıl kəndindəki "Təpəbaşı" nekropolu ilə tanış olublar.
Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinə ekskursiya təşkil edilib. Bununla da səfər proqramı başa çatmışdır.
Qonaqların asudə vaxtının səmərəli keçməsi məqsədilə S.Vurğun adına folklor evi nəzdində fəaliiyət göstərən "Xəzər" xalq çalğı alətləri ansamblının üzvləri tərəfindən Yay kinoteatrında qruplar üçün ayrı-ayrılıqda rəngarəng proqramla konsert təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB