Rasim Balayev yerli serialları bəyənmədi

Azərbaycanın xalq artisti Rasim Balayev hazırda heç bir işlə məşğul olmur. Bu barədə SİA-ya açıqlamasında aktyor özü məlumat verib: "Hazırda işsizəm. Çünki xoşuma gələn iş yoxdur. Mənə yerli seriallardan və filmlərdən kifayət qədər təkliflər gəlir. Ancaq ssenarilər xoşuma gəlmir. Hansı kollektivdə çalışmağımdan asılı olmayaraq, mən istənilən serialda çəkilə bilərəm. Sadəcə səviyyəli film, serial olmalıdır. Onu da xüsusilə diqqətinizə çatdırım ki, mənim fikrimdə xüsusi rol yoxdur. Əsas ssenarini bəyənməliyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə