Nərimanov rayonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gül bayramı keçirilib. SİA-nın məlumatına görə, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq ənənəvi şəkildə qeyd edilən və rayon rəhbərliyi, ziyalılar, sakinlər və paytaxtımızın qonaqlarının iştirak etdikləri Gül bayramında Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagird kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin müxtəlif növ dekorativ, dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin çəkdikləri rəsm əsərləri maraq doğurub.
Bayram libasına bürünmüş parkda təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanıblar. Fidan balaların gülləri xatırladan müxtəlif libaslarda parka gəlmələri isə bayram ovqatını daha da artırıb.
Ümummilli lider Heydər Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması xalqımızın Ulu Öndərə dərin hörmət və ehtiramını nümayiş etdirir. Artıq ölkəmizin hər yerində olduğu kimi, Nərimanov rayonunda da ənənə halını alan Gül bayramı dünyanın ən nadir gözəlliklərini bir arada toplamaqla ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, dahi şəxsiyyətin doğum gününün bu cür möhtəşəm formada keçirilməsi ilə yadda qalır.
Qeyd edək ki, tədbirdə ümumilikdə rayon ərazisində yerləşən 22 məktəb və 28 uşaq bağçasının şagirdlərinin əl işləri nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB