Aleksandr Kurlyandskiy və Arkadiy Haytın eyni adlı pyesi əsasında "Nu, volk, pogodi!" tamaşası səhnələşdiriləcək. SİA-nın məlumatına görə, tamaşada Volk (canavar) və Zayats (dovşan) qəhrəmanların bir biri ilə mübahisəsindən, canavarın dovşanı ovlamaqla bağlı macəralarında söz açılacaq.
Uşaqlar üçün nəzərdə tutulan tamaşa rus dilində təqdim olunacaq.
Qeyd edək ki, "Nu, volk, pogodi!" tamaşası 6 aprel saat 12:00-da Azərbaycan Dövlət Musiqli Teatrının səhnəsində nümayiş olunacaq. Biletlərin qiyməti isə 3, 4 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB