Taleb Rifai: "Qlobal Turizm Məcəlləsinə imza atan ölkələri arasında Azərbaycanın da var" FOTOLAR
Bakıda BMÜTT-nin Avropa Komissiyasının 57-ci iclası və "Səmərəli turizm klasterlərinin inkişafı" üzrə seminar keçirilir. SİA-nın məlumatına görə, iclasda BMÜTT baş katibi Taleb Rifai dünyada turizmin inkişafı ilə bağlı hesabatla çıxış edib.
T.Rifai qlobal iqtisadi böhrandan sonra dünya iqtisadiyyatının bərpa prosesinə, bir çox geosiyasi proseslərə, təbii fəlakətlərə baxmayaraq, dünyada turistlərin sayı ilk dəfə 1,87 milyard nəfərə çatıb, 2013-cü ildə 5% artdığını bildirib: "Avropada iqtisadi böhran olmasına baxmayaraq turizm sahəsində inkişaf yenə də qalmaqdadır. Asiya, Sakit okean və Afrikada turizmin inkişafında 6%, Avropada 5% artım qeydə alınıb. Ayrılıqda Mərkəzi və Şərqi Avropa ölkələrində turizmdə 7% inkişaf əldə olunub. 2013-cü ildə dünyada turizmdən əldə edilən gəlirlər hələ tam hesablanmayıb. Ancaq biz bu sahədə 1,5 milyard dollar artım gözləyirik. Keçən il Çin dünya ölkələrinə 47 milyon insan göndərib, bu turistlər 57 milyard dollar xərcləyiblər. Rusiya da 40 milyondan çox turist göndərib, onlar 54 milyard dollar xərcləyiblər. Braziliya turistləri 25 milyard dollar xərcləyiblər. Avropa ölkələrinin turistlərinin payına isə dünyada turistlərin xərclədiyi vəsaitin 52%-i düşür. Digər yerləri isə Almaniya və Fransa tutur. 2014-cü ildə turizm sahəsində 4%-dən çox artım gözləyirik. Asiya və Sakit okean hövzəsində 6%, ABŞ və Avropada 4-5% artım gözlənilir. ABŞ və Avropada faiz göstəricisi aşağı olsa da, bu göstəricilər stabildir".
Taleb Rifahi həmçinin vizaların sadələşdirilməsi, vergi və nəqliyyatın turizmin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb: "BMÜTT-də məlumat bazası var. İstənilən ölkənin viza sahəsindəki durumu, çatışmayan cəhətləri barədə məlumatlıyıq. Dünya ölkələrinin 67%-də viza almaq üçün konsulluğa müraciət etmək lazım gəlir. Bu da heç də yaxşı göstərici deyil. Ancaq irəliləyiş var, 2012-ci ildə bu göstərici 77% idi. Cənub-Şərqi Asiya ölkələrində viza sahəsində sadələşdirmə daha yüksəkdir. Dünya ölkələrinin turistlərinin yalnız 11%-i Cənubi-Şərqi Asiya ölkələrinə getmək üçün viza almalıdır. Dünya ölkələrinin 51%-də insanlar öz ölkələrinə təyyarə ilə gəlməyə üstünlük verir. Ona görə də ölkələr hava nəqliyyatının inkişafına diqqət yetirilməlidir. Hava nəqliyyatının inkişafı sahəsində tədbirlər, konfranslar keçirəcəyik. Artıq sevindirici haldır ki, turistlər çox vaxt bir ölkədən digərinə getmək üçün sadəcə bir təyyarə dəyişirlər. Bu da turistlərin daha çox səyahətə çıxmalarına səbəb olur. Xüsusilə onu da deyim ki, sosial-iqtisadi dayanıqlığın turizmin inkişafında vacib rol oynayır. Qlobal Turizm Məcəlləsinə imza atan ölkələri arasında Azərbaycanın da var. BMÜTT əsasən iki fəaliyyətlə məşğul olub. Birincisi, üzv ölkələrlə əməkdaşlıq edilib, turizmin inkişafına dəstək verilib. BMÜTT-də üzvlərlə əlaqələrə cavabdeh olan komitə yaradılıb. İstənilən üzv ölkə ilə əlaqələr bu komitə tərəfindən qurulacaq. İkincisi, BMÜTT-də tədqiqatlar və nəşrlər komitəsi yaradılıb. Bu komitə normativ sənədlərin yaradılmasına xidmət edəcək".
Taleb Rifai BMÜTT-nin son 6 il ərzində maliyyə baxımından artımsız fəaliyyət göstərdiyini bildirib: "2012-ci ilin balansı 12 milyon 924 min avro təşkil edib. 2013-cü ili heç bir defisit olmadan başa vurmuşuq. Eyni zamanda ölkələrin könüllü vəsaitləri hesabına Ehtiyat Fondu yaradılıb. İanə verməyən ölkələrdən tədricən ianələri qəbul edirik. Büdcədən kənar fondların artırılmasına çalışırıq. Sərəncamımızda 2 milyon avro var. Çalışırıq ki, ölkələrin ödədikləri ianələr onlarla bağlı proqramlara sərf edilsin".
Qeyd edək ki, seminarın davamında Taleb Rifai xarici nümayəndələri maraqlandıran sualları cavablandırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB