Polşanın Təhsil və İnkişaf üzrə Avropa Fondu Azərbaycanla bağlı böyük sərgi təşkil edəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Polşanın Təhsil və İnkişaf üzrə Avropa Fondunun sədri Tomas Przychodzien ilə görüşüb. SİA-nın məlumatına görə, bir neçə il əvvəl Azərbaycana səfər etdiyini deyən qonaq ötən müddət ərzində ölkəmizdə sosial, iqtisadi sahələrdə baş verən dəyişikliklərin onu heyrətləndirdiyini vurğulayıb. T.Przychodzien onda ölkəmiz haqqında zəngin təəssüratların yarandığını qeyd etmişdir. O, həmçinin Azərbaycanın Avropa dəyərlərinə xüsusi önəm verdiyinin şahidi olduğunu bildirib.
Şuranın dəstəyi ilə həyata keçirdikləri layihənin Azərbaycanın zəngin mədəniyyəti və müasir inkişafı haqqında məlumatların Polşa ictimaiyyətinə çatdırılması baxımından yaxşı fürsət olduğunu deyən qonaq bunun mədəniyyətlərarası dialoqun gücləndirilməsinə böyük təkan verəcəyini vurğulayıb.
Məlumat verilib ki, Fondun nümayəndələri layihə çərçivəsində Azərbaycanın müxtəlif ərazilərində yerləşən muzeylərdə, mədəniyyət mərkəzlərində, qaçqın və məcburi köçkün qəsəbələrində, turizm bölgələrində çəkilişlər aparacaq və toplanan şəkillərdən ibarət sərgi təşkil edəcəklər. Sərgi 150 gün ərzində Polşanın 10 böyük şəhərində nümayiş etdiriləcək, eyni zamanda, ölkənin aparıcı media qurumlarında Azərbaycan haqqında məqalələr dərc olunacaq.
Azay Quliyev Şuranın fəaliyyət istiqamətləri barədə qonağa ətraflı məlumat verib. O, rəhbərlik etdiyi qurumun xarici QHT-lərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini söyləyib.
Qeyd edək ki, A.Quliyev sərgi materialları içərisində qaçqın və məcburi köçkünlərin həyatının hərtərəfli işıqlandırılmasının vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB