Bu günün tarixi

Miladi: 19 fevral 2014
Hicri: 19 rəbiul axir 1435

İlin 50-ci günü
İlin sonuna 315 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:21
Günəş – 07:31
Zöhr – 12:58
Əsr – 16:17
Məğrib – 18:31
İşa – 19:48

1473 — Polyak astronom, riyaziyyatçı və iqtisadçısı Nikolay Kopernik dünyaya gəlib.

1605 — İtalyan bəstəkarı Orasio Vekki vəfat edib.

1800 - Napoleon Bonapart özünü Frasanın birinci şəxsi elan edib. Avropanın gələcək fatehinin hərbi yürüşləri başlayıb.

1859 — məşhur İsveç kimyaçısı, 1903-cü il Nobel Kimya Mükafatının laureatı Svante Arrenius dünyaya gəlib.

1861- İmperator II Aleksandr Rusiyada təhkimçilik hüququnun ləğv olunması barədə manifest imzalayıb. Rusiya kəndliləri ilk dəfə olaraq sərbəstlik əldə ediblər.

1878 - Rusiya ilə Türkiyə arasında növbəti müharibə başa çatıb və tərəflər arasında ilkin sülh sənədi San-Stefano müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Türkiyə Balkanlar üzərində nəzarəti itirib.

1896 — Fransa yazıçısı Andre Breton dünyaya gəlib.

1915 - Türkiyədə, Çanaqqala (Dardanel) boğazında admiral Con De Robekin başçılığı altında hərbi əməliyyatlar (Çanaqqala döyüşü) başlamışdır. Antanta dövlətləri ikinci böyük hücuma keçib.

1938 — Rusiya yazıçısı Əli Səbri vəfat edib.

1940 — Türkmənistanın sabiq prezidenti (1991-2006-cı illər) Saparmurat Niyazov anadan olub.

1954 - Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti 1945-ci ildə təşkil olunmuşdu. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.

1959 - Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı saziş imzalanıb. Sazişə əsasən, Ankara və Moskva Kiprdə qurulacaq müstəqil dövlətin (ada 1960-cı ildə Britaniyanın nəzarətindən çıxdı) qarantı qismində çıxış edirdilər.

1984 — SSRİ-nin görkəmli dövlət və partiya xadimi Yuri Andropov vəfat edib.

1993 — Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev şəhid olub.

1993 – Azərbaycanın Milli Qəhrəmanı Vəzir Sədiyev şəhid olub.

2004 — Ramil Səfərov Macarıstanın Budapeşt şəhərində keçirilən kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə