"XX əsrin Azərbaycan musiqisi” adlı elmi və publisistik məqalələr toplusunun təqdimat mərasimi olacaq

"XX əsrin Azərbaycan musiqisi” adlı elmi və publisistik məqalələr toplusunun təqdimat mərasimi olacaq

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas-alim Aida Tağizadənin 80 illik yubileyi münasibətilə "XX əsrin Azərbaycan musiqisi" adlı elmi və publisistik məqalələr toplusunun təqdimat mərasimi olacaq. SİA-nın məlumatına görə, mərasimdə xalq artisti Yeganə Axundova (piano), Əməkdar artist Fəridə Məmmədova (vokal), əməkdar artist Töhfə Babayeva (violin), Anton Fernştadt (vokal), İlahə Sadıqzadə (piano), Ellada Nəcəfovanın (piano) iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertin təqdim olunması da nəzərdə tutulub.

Qeyd edək ki, konsert 12 fevral, saat 15:00-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə