"Soyuq qışın isti nəğmələri" adlı konsert olacaq. SİA-nın verdiyi xəbərə görə, konsertdə Roza Zərgərli, Amil Həsənoğlu, Pərviz Abdullayev, Rəvanə Ərəbova, Akif Əliyev, Könül Məmmədli, "Qala" qrupu, Məryəm Kərimova, Arzu Mirzəyeva, Nicat Məhərrəmli, Tural Əzimov, Kənan Qədimov, Hüseyn Abdullayev, Kamran Abdullayev, Aydan Quliyeva, Sadıq Məmmədov, Mahir Quliyev (qarmon), Cavid Rasimoğlu (skripka), Elvin Mehmanlı və İbrahim Sadıqov (saz) və başqaları konsert proqramı ilə çıxış edəcəklər.
Nəzərinizə çatdıraq ki, xalq artisti Cəmilə Bayramovanın rəhbərliyi ilə "Dəcəl qızlar" rəqs ansamblı və Orxan Mirzəyevin (qarmon) rəhbərliyi ilə "Bakı" instrumental qrupunun da iştirakı gözlənilir.
Qeyd edək ki, konsert dekabrın 2-si saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti isə 10 – 30 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB