M.Kamolettinin pyesi əsasında səhnələşdirilmiş, əməkdar incəsənət xadimi İranə Tağızadənin quruluşunda "Ax, bu ki Annadır" tamaşası nümayiş olunacaq. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşada xalq artisti S. Mirzəağasanov, əməkdar artistlər R.Əmirbəyova, F.Atakişiyev, E.Spizina, E.Aslanova. Anna rolunda isə İnna İmranova iştirak edib.
Nəzərinizə çatdıraq ki, kostyum üzrə rəssam O. Abbasova, musiqi və mahnı aranjemançısı Zaur Fərhadov, xoreoqrafiya R.Quliyeva və R.Türkkana aiddir.
Qeyd edək ki, "Ax, bu ki Annadır" tamaşası oktyabrın 26-sı saat 19:00-da Rus Dram Teatrında baş tutacaq. Biletin qiyməti 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB