"Molla Nəsrəddin" satirik jurnalının nəşr olunmasının 107 illiyi münasibətilə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi VI "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqəsi elan edib. Karikaturaçı Rəssamlar Birliyindən SİA-ya verilən məlumata görə, 7 aprel - "Molla Nəsrəddin" satirik jurnalının işıq üzü gördüyü gün artıq 7 ildir ki, Azərbaycanda karikatura günü kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Dövlət Gömrük Komitəsinin hazırladığı "Narkotiklərə yox!" beynəlxalq karikatura müsabiqəsinin kitab-kataloqu dünya karikatura ictimaiyyətinə təqdim olunub. Kitaba 63 ölkənin 307 rəssamının əsəri daxil edilib. "Molla Nəsrəddin" müsabiqəsinə təqdim olunan karikaturalar əsasında hazırlanmış "Narkotiklərə yox!" adlı kitab-kataloqu müsabiqədə iştirak edən hər bir karikaturaçı rəssam hədiyyə olaraq ala biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB