Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist İlqar Cahangirovun işdən qovulması haqqında məlumat yayılıb.
SİA-nın məlumatına görə, teatrın rəhbərliyi rəsmi şəkildə bildirir ki, bütün bu xəbərlər şayiədir: "Çünki İ.Cahangirov öz xahişi ilə işdən azad olmaq üçün ərizə ilə kadrlar şöbəsinə müraciət edib və onun ərizəsinə müvafiq qaydada baxılmaqdadır. O, teatrın repertuarında olan bir neçə tamaşada əsas rolların ifaçısıdır. Hələlik onun işdən azad edilməsi barədə rəsmi əmr yoxdur. Biz hüquqi və demokratik ölkədə yaşayırıq. Hər bir vətəndaşın işə qəbul olunmaq və işdən azad olunmaq hüququ var. Bu da İ.Cahangirovun hüququdur",- deyə teatrın rəhbərliyi əlavə edib.
Teatrın rəhbərliyi onu da vurğulayıb ki, İ.Cahangirov bəzi xəbər portallarında göstərildiyi kimi, siyasi əqidəsinə görə deyil, özünün də qeyd etdiyi kimi daha yüksək məvacibli işdə çalışması ilə əlaqədar bu addımı adıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB