Muğamın gənc şahzadəsi beynəlxalq arenada!

Muğamın gənc şahzadəsi beynəlxalq arenada!

Xanəndə Qoçaq Əsgərovun səfərləri davam edir. Bir neçə gün əvvəl Hollandiyaya gedib, Amsterdam və Utrix şəhərlərində konsertlər verən xanəndəni böyük kütlə yenidən dinləmək üçün dəfələrlə səhnəyə qaytarıb. Uğurlu çıxışın ardınca o, heyyətlə birlikdə Hollandiyadan Yunanıstana üz tutub. Xanəndə yüzlərlə ifaçı arasında altılığa düşən finalçılarla birgə Üomex festivalında birgə çıxış edəcək. Bu barədə telefon bağlantısı zamanı musiqiçi özü SİA-ya məlumat verib:

"Qeyd edim ki, 866 musiqçi arasında öncə, 33- nəfər, sonra əsas iştirakçılar olan 6-lıq müəyyən edilib. Həmin şanslılardan biri mən oldum. Müsabiqəyə 7 nəfərdən ibarət münsiflər heyəti baxır. Onlar çox məşhur və peşəkar musiqiçilərdir. Onları "7 samuray" adlandırırlar. Onlardan biri BBC-də "Dünya musiqi yolları" verilişinin aparıcısı Dusi Durandır. O, Alim Qasımovu Azərbaycan muğamının kralı, məni isə gənc şahzadəsi adlandırıb. Hollandiyadakı konsertimizin keçirilməsində də, onun rolu var. O, YUNESKO-nun eksperti Sənubər Bağırova ilə yazışaraq, festivaldan öncə həmin iki konserti planlaşdırıblar".

Sözünün davamında xanəndə bildiribi ki, oktyabrın 21-dəki çıxışından öncə ölkəsi və özü haqqında 15 dəqiqəlik çarx yayımlanacaq. Bu, bütün iştirakçılar üçün nəzərdə tutulub. Festival başa çatandan sonra həmin 6 iştirakçı haqqında sənədli film çəkiləcək. Xanəndəni bu konsertdə də tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, balabanda isə Coşqun müşayiət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə