Azərbaycanın ev sahibliyi etdiyi 57-ci \"Eurovision\" mahnı müsabiqəsinin II yarımfinal həyəcanına start verildi. \"Bu anı sizinlə paylaşmaqdan qürur duyuruq!\". SİA-nın məlumatına görə, müsabiqənin aparıcıları Leyla, Eldar və Nərgiz \"Bakı Kristal Zalı\"ndan müsabiqənin ikinci yarımfinalının canlı şousunda bütün Avropanı belə salamlayıb və hamını Azərbaycanda görməkdən məmnun olduqlarını bildiriblər. Aparıcılar şəhərimizin qonaqlarını 3- ingilis, Azərbaycan və fransız dilində salamlayıblar.
Beləliklə, Bakıda-Eurovision Mahnı Müsabiqəsi 2012-nin paytaxtında yaxın 2 saat ərzində həyəcandolu anlar yaşanacaq. Məhz bu şounun sonunda ilk yarımfinalın 18 ölkəsindən mayın 26-a keçiriləcək final mərhələsinə keçəcək 10 ölkəsinin təmsilçisinin adı bəlli olacaq.
Qeyd edək ki, müsabiqə İctimai televiziya vasitəsi ilə canlı yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB