İslandiyanın RUV televiziyası \"Bakıya gedən yol\" adlı sənədli filmin çəkilişlərinə başlayıb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, yaradıcı heyət filmin ilk epizodlarını İslandiyanın builki şou iştirakçıları Qreta Solome və Jonsi duetinin Milli Finaldakı qələbəsi zamanı lentə alıb.
Çəkiliş qrupu cütlüyü Bakıya səfər zamanı da müşaiyət edəcək. Bu silsilədən ilk ekran işi cütlüyün Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinaldakı çıxışından iki gün əvvəl - mayın 20-də nümayiş olunacaq. Filmdə onların hazırlığı, \"Bakı Kristal Zalı\" səhnəsindəki məşqləri və müsabiqədən gözləntiləri ilə yanaşı, şəhərimiz haqqında düşüncələri də əksini tapacaq.
Qeyd edək ki, yaradıcı heyət ötən il \"Düsseldorfa gedən yol\" adlı film hazırlayıb. Layihənin uğurunu nəzərə alan çəkiliş qrupu onu fərqli forma və məzmunda yenidən həyata keçirməyə qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB