Azərbaycan rejissorları Kipr, Kişinyov, Krım teatrlarından dəvət alıblar
\"Hazırda Akademik Milli Dram Teatrında K. Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Levan Tsuladze Maks Frişin "Don Juan və yaxud həndəsəyə məhəbbət" əsəri əsasında moldovalı rejissor, Kişinyovdakı E.İonesku adına teatrın bədii rəhbəri və baş rejissoru Petru Vutkareu isə xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında tamaşalar hazırlayır\". SİA-nın məlumatına görə, bunu Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bildirib.
Onun sözlərinə görə, Ukrayna Krım-Tatar Akademik Musiqili Dram Teatrının Bakıya qastrol səfəri də bu layihə çərçivəsində həyata keçirilən tədbirlərdəndir. Bununla yanaşı, Hüseyn Cavidin "Şeyx Sənan" əsəri Azərbaycan və gürcü dillərində səhnələşdiriləcək ki, həmin tamaşaya da K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Levan Tsuladze quruluş verəcək.
L.Tsuladze isə çıxışında deyib ki, tamaşada həm Azərbaycan, həm də gürcü aktyorları rol alacaq: "Bu əsəri səhnələşdirmək gözəl bir hissdir. Hazırlıqlara yaxınlarda başlamağı nəzərdə tutulur. Bu, Azərbaycanla Gürcüstanın müştərək işi olacaq".
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov onu da vurğulayıb ki, Azərbaycan teatrı müxtəlif ölkə rejissorlarına müraciət etdiyi kimi, yerli rejissorlar da müxtəlif ölkə teatrlarına dəvət olunurlar: \"Azərbaycan rejissorları Kipr, Kişinyov, Krım teatrlarından dəvət alıblar\".
İ.İsrafilov Bəhram Osmanov, Nicat Kazımov və digər rejissorların bu təklifləri dəyərləndirəcəklərini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB