Ukrayna \"Eurovision – 2012”nin milli seçim turlarının vaxtını uzadıb
Ukrayna gələn keçiriləcək \"Eurovision – 2012" mahnı müsabiqəsi üçün keçirdiyi milli seçim turunun vaxtını uzadıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, milli seçimlərə qatılmaq üçün müraciətlərin vaxtı bir ay da uzadılıb.
Ukrayna ictimai telekanalının direktor müavini Valid Arfuş açıqlamasında bildirib ki, təyin olunan vaxt bitsə də, daha yaxşı iştirakçı axtarışında olduqları üçün müddət bir ay da uzadılıb.
"Eurovision – 2012"yə qatılmaq istəyənlər arasında "fabrikantlar" - Aleksey Matias və Vitaliy Qalay, "X-faktor"un finalçısı Vladimir Tkaçenko, "Quest Pistols" kimi epotaj qrup, eləcə də "Ukraina mae talant" şousunun finalçısı Artyom Semyonov və "Şou №1"in qalibi "Nerealnıye patsanı"nın adları var.
Qeyd edək ki, milli seçimdə iştirak üçün bu il müraciət edən ifaçıların sayı ötən illə müqayisədə daha azdır. Tanınmış musiqi prodüserləri və müğənnilər isə yaxşı məbləğdə pul tələb edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB