Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı Mədəniyyət Mövsümlərinin keçiriləcək
Mədəniyyət və Turizm naziri Ə.Qarayev Azərbaycanda səfərdə olan Türkiyənin Müdafiə naziri İsmət Yılmaz ilə görüşüb. SİA-ya nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, görüşdə həmçinin Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Hülusi Kılıç da iştirak edib.
Görüş zamanı Azərbaycan ilə qardaş Türkiyə arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, iki qardaş xalq arasında hər bir sahədə olan əməkdaşlığın yüksələn xətlə inkişafı xüsusilə vurğulanıb.
Daha sonra Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində törədilən təxribatlar, hərbi münaqişələr zamanı mədəniyyət və tarixi abidələrimizə qarşı kütləvi şəkildə dağıdılma və vandalizm aktları, Azərbaycan mədəniyyəti nümunələrinin, musiqimizin, mədəni irsimizin və dəyərlərimizin ermənilər tərəfindən mənimsənilməsi hallarına qarşı birgə mübarizə üsulları müzakirə olunub. Türkiyəli nazir belə neqativ hallardan çox böyük təəssüf hissi keçirdiyini və mədəni dəyərlərin qorunmasında daim Azərbaycanın yanında olduğunu bildirib.
Sonra Ə.Qarayev Türkiyə ilə Azərbaycan arasında olan çox sıx mədəni təmaslardan söhbət açıb və qarşılıqlı Mədəniyyət Mövsümlərinin keçirilməsi təklifini irəli sürüb.
Görüşün sonunda Türkiyənin Müdafiə naziri İ.Yılmaz nazir Ə.Qarayevə səmimi qəbula görə öz təşəkkürünü ifadə edib. Sonra tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB