“Sahə” bədii filmi 24-cü Sinqapur Beynəlxalq kino festivalında iştirak edəcək

“Sahə” bədii filmi 24-cü Sinqapur Beynəlxalq kino festivalında iştirak edəcək

"Narimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" (The Precinct) bədii filmi 24-cü Sinqapur Beynəlxalq kino festivalında (Singapore İnternational Film Festival - SİFF) iştirak edəcək.

Kinostudiyadan SİA-ya verilən məlumata görə, festival sentyabrın 15-dən 25-dək Sinqapurdakı Shaw Lido kinoteatrlarında keçiriləcək.

Əsası 1987-ci ildə qoyulan SİFF üçün hər il 200-300 bədii, tam və qısametrajlı filmlər seçilir. Həmçinin, festivalın Silver Screen Awards adlanan mükafatı iki kateqoriyadan olan Asiya filmlərinə təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə