M. F. Axundovun 200 illik yubileyi ilə bağlı “Sübhün səfiri” filmi çəkilir
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında film istehsal olunacaq. Bu barədə SİA-ya açıqlamasında filmin rejissoru Ramiz Həsənoğlu açıqlamasında məlumat verib.
Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilən "Sübhün səfiri" filminin rejissoru Ramiz Həsənoğlu qeyd edib ki, filmin I hissəsi Türkiyədə, II hissəsi Gürcüstanda, III hissəsi isə Azərbaycanda, xüsusi ilə də Şəkidə çəkilir: "Bu filmə əsasən müxtəlif teatrların aktyorları dəvət olunub. Burada 80-ə yaxın obraz var ki, onlarda M. F. Axundovun personajlarını canlandıracaqlar. Artıq İstanbulda çəkilişlər həyata keçirilib. Hansı ki, Axundovun oradakı həyatını əhatə edib".
R. Həsənoğlu: "Film Axundovun həyat və yaradıcılığını əks etdirəcək. Filmin əsas personajı da Axundov özü olacaq. Bu obrazı kimin canlandıracağı artıq məlumdur. Belə ki, Axundovun 30 yaşından ömrünün sonuna qədər olan dövrünü Elşən Rüstəmov canlandıracaq. Baxmayaraq ki, sınaq çəkilişləri hələ də davam edir",- deyə əlavə edib.
Filmin operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, kostyum üzrə rəssamı isə Tahir Tahirovdur.
Filmin çəkilişlərinin 2012-ci il M. F. Axundovun 200 illik yubileyinə qədər yekunlaşdırılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB