Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalına bu gün start verilib. SİA-nın məlumatına görə, "Qafqaz Resorte" mehmanxanasında keçirilən musiqi bayramının açılışından əvvəl iştirakçılar Ağdam rayonunun ermənilər tərəfindən işğalı zamanı şəhid olanları və iyulun 22-də Norveçdə baş verən terror aktının qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.
Konsertə Norveç bəstəkarı Edvard Qriqin əsəri ilə başlanılıb.
Birinci hissədə Norveçin tanınmış pianoçusu Einar Steen Nokleberq və məşhur ingiltərəli violonçel ifaçısı, Şubert ansamblının banisi Saymon Blendis Edvard Qriqin violin və fortepiano üçün sonatasını səsləndirib. Tbilisi Dövlət Konservatoriyasının rektoru, Gürcüstan Musiqi Müsabiqələri Fondunun direktoru, pianoçu Manana Doidjaşvili ingiltərəli violin ifaçısı Saymon Blendisin və İngiltərə Milli Operasının və London Simfoniettasının solisti Timoti Gillin müşayiəti ilə Avstriya bəstəkarı Frans Şubertin əsərini səsləndirib.
Konsertin ikinci hissəsində Azərbaycanın violonçel ifaçısı Aleksey Miltıx, vokalçılar Səbinə Əsədova, əməkdar artist, Prezident təqaüdçüsü Əvəz Abdullayev, əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılova, Yusif Eyvazov çıxış ediblər.
3 saat davam edən kamera musiqi axşamında iştirak edən 500-ə yaxın yerli və xarici qonaq səsləndirilən klassik musiqi əsərlərini böyük maraqla dinləyiblər.
Konserti izləyənlər sırasında ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə, Milli Məclisin deputatı Fəttah Heydərov da olub.
Qeyd edək ki, avqustun 5-dək davam edəcək festival konsertlərində Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa və Almaniyadan dünya şöhrətli musiqiçilərvə kollektivlər - Yuri Başmet və "Yeni Rusiya" Simfonik Orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil,Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər.
Festivalın rəsmi açılışı iyulun 30-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB