...“Gözəl qadın” və “Qaçaq gəlin” kult filmlərinin ulduzu Riçard Gir avqustun 31-də 76 yaşını qeyd edib. Bu gün aktyor ailəsini ön planda tutaraq sakit və tənha həyat sürür.
SİA-nın məlumatına görə, bu barədə “People” yazır.
Qeyd edək ki, 2018-ci ildən Gir ispan vətəndaş fəalı Alexandra Silva ilə evlidir.
2014-cü ildə dostluqları romantikaya çevrilməmişdən əvvəl onlar bir-birlərini uzun illər idi ki, tanıyırdılar.
Əvvəlcə cütlük məsafədə yaşasa da, sonradan Alexandra aktyorla daha yaxın olmaq üçün Nyu-Yorka köçüb.
Cütlüyün birlikdə iki övladı var - oğulları Aleksandr (5) və Ceyms (4).
Girin amerikalı aktrisa Keri Louelllə evliliyindən Homer Ceyms (25) adlı böyük oğlu, Alexandranın isə əvvəlki münasibətdən Albert adlı oğlu var.
…Və Alexandra ərinə təsirli təbrik yazdı: “Dörd oğlanın ancaq xəyal edə bildiyi gözəl atanı təbrik edirəm. Sizin sonsuz səbriniz, sevginiz və sədaqətiniz möcüzədir. Həyatımızın hər anını xüsusi etdiyiniz üçün hər zaman yanınızda olduğunuz üçün təşəkkür edirik”.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə