Azərbaycanın siyasi tarixinin, əsasən də, müasir müstəqillik tariximizin təməlində Ulu Öndər Heydər Əliyev nəhənginin dayanması faktoru nəinki ölkəmizdə, eləcə də bütün dünyada qəbul edilən danılmaz gerçəklikdir. Məhz Onun 27 il öncə başlatdığı xilaskarlıq missiyasının sayəsində (!) bu gün Azərbaycan dünya miqyasında müasir dünyamızın bütün tələblərinə cavab verən, dinamik tərəqqi edən, sürətli, ardıcıl inkişaf yolu ilə gedən, xüsusilə, qalib ölkə imicini formalaşdıran ölkə, dövlət olaraq tanınmaqdadır. Azərbaycan yalnız dünyanın tərkib hissəsi deyil, Azərbaycan dünyanın mərkəzidir, Azərbaycan artıq dünyanın söz sahiblərindən biridir!

Hələ Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına etdiyi sonuncu müraciətində övladı, gələcək dövlət başçımız olacaq cənab İlham Əliyevi xalqına, xalqını da Ona əmanət etdi. Bu, həm də o demək idi ki, düha Heydər Əliyev başlatdığı işlərinin sona çatdırılmasını məhz öz sələfinə - cənab İlham Əliyevə tapşırdı, bu işdə ona ən yaxın köməkçi kimi xalqı gördü, xalqa etimad etdi, necə ki, xalq da Ulu Öndərinə - xilaskarına etimad edirdi. Artıq iqtisadiyyatın gücləndirilməsinin ilk mərhələsi keçilirdi, ordu quruculuğuna start verilmişdi və Azərbaycandan dünyaya, dünyadan isə Azərbaycana doğru qapılar açılırdı. Bir çox beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin icrası yaxın gələcəkdə nəhəng uğurlar, nailiyyətlə vəd edirdi. Ancaq bütün bunlara rəğmən, əsas məsələ - təcavüzkar Ermənistanın torpaqlarımızın 20%-ni işğalda saxlaması, qaçqın və məcburi köçkünlərin pərən-pərən düşüb, ölkəmizin müxtəlif regionlarında həsrət çəkməsi, daha nələr və nələr...

Və burada yenidən Heydər Əliyev fenomeninin kəlamı xatırlanmaya bilinməz. O, vurğulayırdı ki, iqtisadiyyatı olmayan dövlət heç vaxt güclü ola bilməz. Bu gün güclü iqtisadiyyata, sənayeyə, texnologiyalara, peykə və daha nələrə sahib olan ölkəmiz inamla addımlayır, bu addımlarını dünyaya eşitdirir.

Azərbaycanın bu günə qədər gəldiyi enişli-yoxuşlu yollarının başa çatmasında və hamar yola çıxmasında əsas faktorlardan biri də iqtisadiyyatımızın təməlli əsaslara söykənməsi oldu və bunu Ulu Öndər Heydər Əliyevin davamçısı, Prezident İlham Əliyev etdi. Buna qədər isə, Baş nazir, ARDNŞ-in vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin sədri olaraq da fəaliyyətini davam etdirən cənab İlham Əliyev dinamik, çətin, ağır və yorulmaz fəaliyyəti ilə bir istiqamətə doğru getməyi qarşısına məqsəd kimi qoymuşdu – işğaldakı torpaqlarımızın düşmən tapdağından azad etmək ali, müqəddəs və dönməz məqsədini!

Artıq bu gün Ali Baş Komandan olaraq işğalçıya, yağı düşmənə yerini göstərən, rəşadətli Ordu yaradan, Silahlı Qüvvələrinə dünyada nüfuz qazandıran Prezident İlham Əliyev 17 il əvvəl – 2003-cü ilin 15 oktyabırnda Prezident seçildikdən sonra başlatdığı bütün işlərinin məntiqi davamı olaraq Qarabağımızı işğaldan azad etmək missiyasını icra edir. Bu gün və hər gün Qarabağ cəbhəsindən gələn qələbə nidaları “Qarabağ Azərbaycandır və nida!” kəlamı ilə isbatlanır, bu gün mənfur, qaniçən, düşmənin kökü elə millətimizin qanını tökdüyü yerdə, Qarabağda qanı axır, sonu çatır. Və bu gün 17 il əvvəl gözlər önündə xəyal kimi canlanan diləklər Qarabağımızda gerçəkləşməkdədir. Deyərdim ki, bu, həm də bir İlahi ədalətdir. Çünki Allah heç vaxt çəkilən zəhmətləri dəyərsiz buraxmır, mükafatlandırır. Prezident, Ali Baş Komandan İlham Əliyevin xələfi Ulu Öndər Heydər Əliyevdən siyasi estafeti aldıqdan sonra çəkdiyi çox ağır zəhmətlər bu gün, məhz 17 ildən sonra öz bolluca bəhrəsini verməkdədir. Əslində, 17 ildə görülən nəhəng işlərin bu qədər qısa zaman kəsimində necə ərsəyə gətirilməsi də bir möcüzədir, heyrətamiz reallıqdır. Amma fakt budur ki, öncə Allahın, sonra isə xalqının yanında üzüağ, başıuca olan LİDER, həm də SƏRKƏRDƏ - cənab İlham Əliyev bütün keçilməz sədrləri, hətta süni yaradılan baryerləri belə əzmlə, qətiyyətlə keçməklə bunu bacardı!

Tarixlərə, əsrlərə söykənən Azərbaycanımızın 17 ilinin yeni və daha böyük əsəri – MÜASİR, GÜCLÜ AZƏRBAYCAN modeli tarix salnaməmizin növbəti səhifəsinə yazıldı. Riyazi dillə ifadə etsək, 17 il =100 ilə...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə