Erməni diasporunun xəritəsi və Makronun canfəşanlığı...

Mənfur qonşularımızın iki əsrlik xəyanətinin arxasında Azərbaycan ərazilərinin ələ keçirmək dayanır, desək, yəqin ki, yenilik olmaz. Məsələ burasındadır ki, bu faktı hər kəs - Qərb də, Şərq də, Rusiya da, Fransa da, ABŞ da, İran da, BMT və ATƏT də bilir. Amma nədənsə dünyanı bölüşdürənlər ədalətin, beynəlxalq qanunların sərhədlərinin haradan keçdiyini sanki unudublar. Bəlkə də unutmayıblar, sadəcə görməzdən gəlirlər.

30 il idi ki, Azərbaycan torpaqlarında yaşayan bir ovuc erməninin bizə ərazi iddiasından doğan Qarabağ savaşında öldürülən, əsir götürülən, evini-eşiyini, yurdunu-yuvasını itirən, ata-anasının, ulularının qəbirlərini erməni vandallarının tapdağı altında qaldığını bütün dünyaya yayan azərbaycanlıların səsinə səs verməyən, qulaqları kar, gözləri kor olan Qərb və xristian dünyası Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına elə reaksiya verdi ki, bütün ayıbları, sirləri, terrorçu Ermənistanın yanında olduqları bir daha ifşa olundu. Hətta Fransanın dölsüz prezidenti o qədər azğınlaşdı ki, dövlət başçısı olduğunu unutdu, sərsəm açıqlamalar verməklə guya ədalət carçısı, demokratiya və insan haqları mücəssəməsi, "məzlum" erməni xalqının dərdinə yanan birisi olduğunu isbatlamağa çalışdı. Amma, görünən budur ki, Fransa lideri Emanuel Makron tarix, etika, estetika dərslərindən "iki", həyasızlıq dərsindən isə "beş" alıb. Yaddaşı da köhnəlib, ölkəsinin Əlcəzairdə, Liviyada, Afrikan koloniyalarında - Ruandada törətdikləri soyqırımları heç kim unutmayıb, tarix kitablarında, arxivlərdə ağ vərəq üzərində qara rənglə yazılıb.

Fransadan heç vaxt "ağsaqqal", aradüzəldən, həmsədr, sülh yaradan çıxmaz, çünki bu statusu qazanmaq üçün onun çəkisi çox azdır, tarixi ləkəlidir, ədalətli heç bir iş görməyib. Tarixin səhifələrində Fransanın adına şərəfli bircə sətir də yoxdur. Ötən əsrdə iki dünya müharibəsi baş verib, hər iki savaşda Fransa şərəfsizcəsinə, rəzilliklə məğlub olub. Bu millətin genetik proqramında "kişilik", "şərəf", "qəhrəmanlıq" genləri yoxdur, ya da mənfi xarakter daşıyıcısı olan genlər dominantlıq etdiyindən passiv formaya keçib. Bir sözlə bu ölkənin bizimlə düz gəlməyən çox xüsusiyyətləri var. Hələ də Fransada "erməni soyqırımı" adlı tarixi uydurmanı inkar edənlərə qarşı inzibati cəza üsulu mövcuddur. Belə olan halda haqlı sual yaranır, bəs söz azadlığı, demokratiya, insan haqları niyə arxa plana keçirilir? Hələ onu demirik ki, cinayət məcəlləsinin bu maddəsi xarici ölkə vətəndaşlarına da tətbiq olunur(?!). Belə də ağsaqqal, həmsədr, aradüzəldən ölkə olar?

Liviyada baş verən hadisələri götürək, Fransa bu ölkəyə niyə hücum etdi, Qəddafi ilə alıb-verəmədiyi nə idi, bu xalqı cəhənnəmin içinə soxmağa Fransaya kim ixtiyar vermişdi? Bəs nəticəsi nə oldu, yəni Fransa problemi çözdümü, Qəddafini öldürüb liviyalıları ağ günəmi çıxartdı, neft pullarını Qəddafidən alıb xalqamı payladı, yoxsa nə? Bu sualı kimsə Fransaya, onun prezidentinə veribmi? Verməyibsə niyə? Bu sualları verməkdə bir amacımız var, Fransanın Azərbaycanın iç işlərinə burnunu soxması nə deməkdir, ona "dur" deməyin vaxtı yetişməyibmi? Hələ nə qədər ərazilərimiz alova dönəcək ki, rəsmi Paris dayansın? 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq baş qaldıranda körüyün basıldığı yer Paris şəhəri və erməni diasporunun mənzil qərargahı oldu. SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun zövcəsi Raisa Maksimovnaya ermənilərin bağışladığı brilyant qaşlı üzük (təbii ki, bu hədiyyə Raisaya bağışlanan milyonlardan yalnız biri idi - müəl.) Cənubi Qafqazda nizamı pozdu, dəngələri dəyişdi, bu bölgənin altına çoxdan yerləşdirilmiş minanın fitilini çəkdi.

Məlumat üçün bildirək ki, 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Üzvləri isə Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə və Finlandiyadır. Deməli, 13 ildir ki, Fransa, Rusiya və ABŞ Minsk qrupuna həmsədrlik edirlər. Dünyanın 3 nəhəngi, superdövləti guya ədalət axtarışındadırlar. Dünyanın heç bir münaqişə bölgəsində tətbiq olunmayan bir "həll" variantını Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağda sınaqdan çıxarmaq istəyirlər.

Bəs Qarabağ düyününü açmaqda həmsədrlər nə etdilər? 1988-ci ildən başlayaraq Ermənistan Dağlıq Qarabağda yaşayan ermənilər arasında əsasən Fransanın yetişdirdiyi separatçılıq "toxumu"nu səpməklə bölgəni qan gölünə çevirdilər. Azərbaycanlılara qarşı törətdikləri soyqırımı Xocalıda özünün pik nöqtəsinə çatdı. Amma Fransa, Rusiya və ABŞ səsini çıxarmadı.

Dağlıq Qarabağdan və ətraf 7 rayondan 750 mindən çox azərbaycanlını öz isti ocağından didərgin saldılar. Yenə Fransa, Rusiya və ABŞ səsini çıxarmadı.

Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində yaşayan insanları, yerli xalqı - azərbaycanlıları ən yaxşı halda didərşin saldılar, onları mülkiyyət hüququndan məhrum etdilər. Yenə Fransa, Rusiya və ABŞ səsini çıxarmadı.

Mədəni, dini abidələrimizi dağıtdılar, özününküləşdirdilər, adlarını dəyişdirdilər, erməniləşdirdilər, işğal etdikləri ərazilərimizdəki şəhər və qəsəbələrdə daşı daş üstə qoymadılar. Yenə Fransa, Rusiya və ABŞ səsini çıxarmadı.

30 il gözlədik, Fransa, Rusiya və ABŞ-ın məsləhətinə qulaq asdıq, başımızın altına qoyduqları yastığın rənglərini saydıq. Nəhayət, Ermənistan ordusunun sentyabrın 27-də səhər saatlarında törətdiyi təxribatdan sonra Azərbaycan Ordusu cavab atəşi açmaq zorunda qaldı. Qısa müddət ərzində düşmənin ön xətti darmadağın edildi, erməni silahlıları böyük itkilərlə geri çəkilməli oldular. Xeyli ərazi düşməndən azad olundu. Və ATƏT-in Minsk qrupunun ermənipərəst həmsədri Fransanın yadına yenidən Qarabağ düşdü. Prezident Makron şalvarını başına keçirib Azərbaycanı "dinc ermənilərə" qarşı terrorçulardan istifadə etməkdə suçladı və bunu həyasızcasına isbatlamağa çalışdı. Qardaş Türkiyənin Azərbaycanla yaxınlaşmasını sanki fəlakət, beynəlxalq skandal kimi təqdim etməyə çalışdı. Bir sözlə, Makron özünü o qədər itirdi ki, Artsrun Ovanesiyandan (Ermənistan müdafiə nazirliyini sözçüsü - müəl.) heç bir fərqi qalmadı. Yalan, şantaj, iftira və qərəz Fransa prezidentinin timsalında yeni formatda cəmiyyətə təqdim olundu. Əlbəttə, bir xalqın, millətin digər xalqa, millətə simpatiyası, rəğbəti olar. Ermənistanın böyük qardaşı rolunda çıxış edən Fransanın vaxtilə Ruanda və Əlcəzairdə törətdiyi soyqırımdan ruhlanan ermənilər zaman-zaman böyük qardaşından nümunə götürərək Azərbaycana və Türkiyəyə qarşı soyqırım həyata keçiriblər. Bu gün isə Fransa Makronun timsalında Azərbaycanı hərbi əməliyyatlara başlamaqda qınayaraq Ermənistana açıq dəstəyini ifadə edir. 30 ildir erməni təcavüzünə göz yuman Fransa, ATƏT Minsk qrupunun rəhbəri olaraq bir dəfə də olsun Ermənistanı qınayan bəyanatla çıxış etməyib. Onun indiki mövqeyi isə ATƏT Minsk qrupunun həmsədri kimi daşıdığı mandata uyğun deyil və mandatdan sui-istifadədən başqa bir şey deyil. Maraqlıdır ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir ölkəyə başçılıq edən Makron bu cür sərsəm bəyanatlar verməklə faktiki olaraq separatçıları, terrorçuları dəstəkləyir və beynəlxalq hüququ heçə alaraq işğalçını müdafiə edir. 30 ilə yaxındır ki, heç bir əməli fəaliyyət göstərməyən, işğalçının qınanması ilə bağlı hər hansı bir addım atmayan, BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnamələrinin icrası ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirə bilməyən bir qurumun qalmasına ehtiyac yoxdur. Əgər qalsa, Fransa ATƏT-in Minsk qrupundan dərhal uzaqlaşdırılmalıdır.

Makron haqdan, ədalətdən danışmazdan əvvəl özünün yürütdüyü, yeritmək istədiyi siyasətə baxsın. Adətən barışdırıcı, Dağlıq Qarabağ münaqişəsinin timsalında, həmsədr ölkə, "superdövlət" belə addım atmaqdan çəkinər, özünü "ağıllı" aparar, təmkinli olar. Mak(a)ron isə... Qədim Fransaya heç yaraşmadı...

Xatırlatma: Fransada, bizi barışa, məğlub sülhə məcbur etmək istəyən ölkədə uzun illərdir erməni diasporunun qərargahı fəaliyyət göstərir. Otaqda iri bir xəritə asılıb. Orada "Böyük Ermənistan təsvir edilib. Həmin xəritəyə görə, Ermənistan təkcə Qarabağı deyil, həm də Gürcüstan, İran, Türkiyə, İraq ərazilərini də ələ keçirmək istəyir. Növbə kimindir?

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...