Reklam lövhələrinə canlı qəhrəmanlarımızın şəkilləri vurulsun!

Haqq işimizdə qələbələrlə ilə irəliləyirik, zəfər Allaha çox şükür ki, bizimlədir, Qarabağa doğru addım-addım irəliləməkdəyik və bu addımlar heç də kiçik deyil, nəhəngdir – torpaqlarımız düşmən işğalından azad olunur, düşmən qaçır, düşmən sarsıdıcı məğlubiyyətlə barışmalı olacağını bilir, amma qarşıda keçiləcək növbəti qələbə yolları dayanır. Bu haqq işində canlarını, qanlarını müqəddəs torpaqlarımıza axıdan, sevə-sevə, gülə-gülə ölümün üzərinə gedən oğullarımız şəhidlik şərbəti içirlər. Ancaq onların gözləri arxada qalmır heç də... Çünki bilirlər ki, arxalarınca minlərlə mərd, igid, ərən Vətən övladları gəlir - yağı, bic, mənfur düşməndən qisas almağa və o qisaslar alınır da. Bax, beləcə Azərbaycan Ordusu tarixi salnamə yazır müasir dünyamızda. Bu salnamənin adı Vətən müharibəsidir!

Ali Baş Komandan cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı milli zəfər trendimizə çevrilib!

Və daha bir məqam xalqın vahid, yumruq kimi birləşərək Qarabağ cəbhəsində döyüşən ərənlərimizə möhtəşəm dəstəklər göstərməsidir. Şəhər və rayonlarımızda, hər yerə qələbə ruhu, qələbə əzmi sanki nur saçır, ətrafa işıq yayır. Binaların, evlərin, maşınların, hətta insanların geyimləri üzərində üçrəngli Azərbaycan bayrağı qürurlanaraq göz oxşayır. Ali Baş Komandan cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı milli zəfər trendimizə çevrilib və bu möhtəşəm trend ta Xankəndinə, Şuşaya qədər yol getmək üzrədir İnşaAllah!

Amma bütün bunlarla yanaşı, bir məqamı da qeyd etməyi özümə borc bildim. Bəli, bir sıra reklam lövhələrində enerji içkilərinin, müxtəlif məişət əşyalarının və s. reklamları bu gün də qalmaqdadır.

Qarabağda tarix yazan Azərbaycan övladlarını tanıyacaq!

Fəqət, nəyə görə heç olmasa cəbhədə qələbələrimizin əldə edilməsində şücaət göstərən canlı qəhrəmanlarımızın şəkilləri vurulmur? Niyə işğaldan azad olunmuş ərazilərimizdə müqəddəs bayrağımızın qaldırılmasını əks etdirən şəkillər həm xalqımızın, həm də xarici qonaqlarımızın gözlərini oxşamamalıdır?

Məncə, bundan şərəf gətirən, qürur doğuran iş ola bilməz indiki zamanımızda. Qoy, enerji içkiləri, məişət texnikaları, smartfonlar, diazyn, brend paltar, saat və s. reklamları bircə ay da olmasınlar, nə baş verəcək ki..? Amma bunun yerinə insanlar

Elə isə, çox yaxşı olardı ki, şəhərlərimizdəki reklam lövhələrinə canlı qəhrəmanlarımızın, həm də şəhid ərənlərimizin şəkilləri vurulsun!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...