Kimsə məni qınamasın. Nəcəf bəy Vəzirovun məşhur “Yağışdan çıxdıq, yağmura düşdük” dramı əsasında hazırlanmış tamaşada, hay əsilli obraz olan Qıdı Kirvənin bir məlum sözü ilə başlamaq istəyirəm bu yazımı. Çünki hayların özlərini öz dilləri ilə “tərif” eləməkdən yaxşısı yoxdur. Qıdı Kirvə deyirdi: “Ara, bu gada dalidi, nadi?..”.

İndi qıdı kirlilərin başqanı olan Nikol gədanın danışıqlarını, müsahibələrini, çıxışlarını hər dinləyəndə gəlir babası Qıdının sözləri düşür yadıma. Hər nə zibil olsalar da, bu haylar dünya güclərinin əli ilə gəlib düşüblər Qafqaza və olublar bizimlə qonşu. Düşmən də olsaq, Qafqaz xalqlarının nümayəndələridir və onları eşidənlər arasında bizim bu bölgə haqqında da bir fikrə gəlirlər. Bir gün yekələnib çıxdı Azərbaycan Prezidenti ilə debata, bütün dünyanın gözləri qarşısında təzək olub yapışdı erməni kilsəsinin divarına. Sonra özünü ağıllı hesab eləyib oturdu BBC televiziyasının müxbirinin qarşısında. Elə bildi ki, Soros əmisinin qorxusundan onu sıxışdırmayacaqlar və istədiklərinin hamısını dünyanın gözünə soxacaq. Gözünə döndüyüm BBC-nin jurnalisti bu dəfə onu palçıq eləyib (Onlarda təzək olmur axı, ona görə gil palçıq elədi. Amma bizlərdən soruşsaydı Nikolu təzək eləmək yolunu ona izah edərdik) çırpdı Londonun köhnəlmiş divarlarına. Bu dəfə kiminsə onu təzək, palçıq eləyəcəyindən qorxub, ora-bura getmədi. Öz haylarını hayladı başına və başladı gic-gic danışmağa. Azərbaycan Prezidenti neçə dəfə beynəlxalq tribunlardan səsləndi ki, bu gədəni dayandırın, palçıqlığının qisasını almaqdan ötrü millətini verib qabağa dava çıxarmaq istəyir. Kişi kimi meydana təkbaşına çıxmaqdan qorxduğuna görə isə təxribatlarla xaricdən özünə dəstəkçilər toplamaq fikrinə düşüb!

Dünyanın da ki, gözləri kor, qulaqları kar olmuşdu elə bil. Səslərini çıxarmadılar. Yenə təxribat eləyib, bizim kəndlərimizi top atəşinə tutanda, artıq bizim Ali Baş Komandan onu yerində oturtmaq üçün gücünün kiçik bir hissəsin işə saldı. Bu kiçik qüvvəyə cavab verə bilməycəyini görəndə yenə başladı gicləməyə. Böyük qağası bildiyi Rusiyanın ən nüfuzlu telekanalından haray saldı ki, bizimlə Türkiyə savaşır. Ardınca dedi ki, Azərbaycan tərəfdə Suriyadan (Özü də Suriyadan a...) gətirilmiş terrorçular vuruşur. Babası Nikol kimi faşist ideologiyasının daşıyıcısı olan nəvə Nikolun bu dediklərini də beşcə dəqiqədə Azərbaycan Prezidenti yerlə yeksan elədi. İndi
gözlüyürük, görək bu gədənin nəvəsi olan gəda sonra hansı formada gicləyəcək. Bu gedişlə onsuz da az ömrü qalan (Əminəm ki, haylar özləri onu daş-qalaq edib cəhənnəmə - babasının yanına yollayacaqlar!) bu gədadan hələ dünyanı güldürrən çox gicləmələr eşidəcəyik.

Burası belə. Keçək ikinci məsələyə. Mən nə qədər fikirləşirəm, heç cür cavab tapa bilmirəmki, iyirmi altı ildi gözü kor, qulağı kar, dili lal olan dünyanın necə oldu ki, hayların quyruğunu qapı dalına qoyub sıxan kimi gözləri də açıldı, qulaqları da, dilləri də? Bəlkə biz başqa planetdən gəlmişik, hayların halına acıyırlar, bizə gələndə acıma duyğuları ölür? Düzdü, bizim diplomatiyamız sayəsində ermənini dəstəkləyən də yoxdur. Amma başlayıblar bizim liderimizə yalvarmağa ki, amandı, hərbi əməliyyatı dayandırın, keçin danışıq masasının arxasına. Qardaş Türkiyənin Cumhur başqanı demişkən, otuz ildir danışırıq, hansı sonucu olub ki, yenə oturaq danışığa?

Burası da belə. Qaldı daha bir vacib məsələ. O da ibarətdir ondan ki, Azərbaycanın bu haqq və ədalət savaşına həm Azərbaycanın, həm də Türkiyənin bütün qüvvələri, o cümlədən siyasi baxışlarından asılı olmayaraq bütün müxalif partiyaları dəstək verir və Azərbaycanın Ali Baş Komandanının yanında olduğunu bəyan edir. Di gəl iki gülməşəkər siyasi təşkilat – AXCP və Müsavat bu dəstəkdən imtina edir. Vallah, məni qınamayın, xeyli yaşım var, keşməçeşli bir həyat yaşamışam, çox yaramazlıqlar, xəyanətlər görmüşəm. Amma beləsini yatsam yuxumda da görə bilməzdim. Bilirik ki, Nikolla bunların maliyyə mənbələri eynidir. O da, bunlar da Soros əmilərindən pul alıb düşüblər ortalığa. Amma pul nə yaman şirin şey oldu ki, mənsub olduqları bu boyda millətin mənafelərini zatı-kökü olmayan beş-on dığaya satdılar? Bunu ağlım heç ala bilmir, ağlı ala bilən biri varsa bu məmləkətdə, mənə də bir az aldığı ağıldan pay göndərsin.

Xülasə, savaş təkcə cəbhədə getmir, həm də informasiya, siyasət, diplomatiya meydanlarında gedir. Siyasətdə ən böyük məğlubiyyətə isə həmin iki partiya tuş etdi özünü. Yəqin onlarla da savaşma zamanı gələcək. Hələ haylarla, yəni Sorosun xaricdəki dostları ilə məsələmizi həll edək, sonra bu millət Sorosun içimizdəki dostlarından da hesab soruşulucaq. Həm də hökmən soruşulacaq!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə