Şortik “əməliyyatı”: Düşmənimiz artıq Qarabağda deyil, evimizin içindədir!

Açıq yazacam və sərt yazacam. Üstüörtülü “qaydalarla” danışmaqla, nəyisə gözləməklə, nədənsə çəkinməklə artıq özümüzü bitiririk, artıq ƏLDƏN GEEDİRİK!. Bu saat düşmənin içimizdə harda yer aldığını pıçıldayaraq gizlicə barmaqımızla deyil, bağıraraq, üstünə gedərək yumruqumuzla göstərməliyik. Niyə?,-çünki artıq Azərbaycanın ölüm-qalım məsələsi sonuncu seçim kimi qarşımızdadır. Ya vətəni seçəcəksən, düşməninin üstünə şığıyıb amansız rinqdəki kimi son nəfəsini bitirinə qədər onu boğacaqsan, nəfəsini tükədəcəksən, onu birdəfəlik cəhənnəmə vasil edib öz TORPAĞINA SAHİB ÇIXACAQSAN, ya da... ya da bu torpaqlardan rədd olub gedəcəksən, atana-babana, adət-ənənələrinə, soyuna-kökünə tüpürüb şərəfsiz kimi, iki ayaqlı müti it kimi, biqeyrət kimi bu TORPAQLARDA sadəcə sülənəcəksən. Başın dik, qürurla yaşamayacaqsan, sadəcə SÜLƏNƏCƏKSƏN, vəssalam.

İndi, bax elə bu sətirləri yazdığım saniyələrdə Azərbaycan adlı ölkənin, azərbaycanlı adlı xalqın OLUM və ya ÖLÜM savaşı gedir. Artıq düşmən sənin torpaqlarını, ana-bacını əsir götürüb, körpə azərbaycanlı balasını susdurmaq üçün ŞİŞƏ KEÇİRİB bayram keçirdiyi Qarabağda dayanmayıb. Sənin düşmənin artıq Qarabağda deyil, ÖZ EVİNİN içindədir. Səndən fərqli olaraq, düşmənin gecə xısıldayanda da səni tamamilə məhv etmək üçün min cür plan düşünür, sənin birdəfəlik, bəli birdəfəlik bu torpaqlardan silinməyin üçün strategiya hazırlayır. Bəs sən öz torpağına sahib olmaq, heç olmasa İrəvan xanlığı bir yana, bütün dünyanın sənin TORPAĞIN kimi qəbul etdiyi Qarabağı geri almaq və əsl AZƏRBAYCANLI olmağın üçün nə edirsən?,- bax burda susuram. Qəzəb qarışıqmı, xəcalət təri iləmi, daha orası önəmli deyil. Önəmli olanı odur ki, sadəcə SUSURAM!.

Niyə susuram?, çünki mənim cəmiyyətim neçə gündür ki, yalnız sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə təşrif buyuran, amma geyimi milli mentalitetə uyğun deyil deyənə imtahana buraxılmayan bir nəfəri müzakirə edir. Özü də eninə-boyuna qızğın müzakirələr gedir. Sanki Azərbaycan mənəvi dəyərlərinin ölüm-qalım məsələsi, Qarabağı ermənidən geri almanın ən böyük maniəsi bu şortik geyinənin üstündə qurulub. Artıq düşmən gerçəkdən səngərdə deyil, düşmən öz içimizdə, sosial şəbəkələrdədir. Düşmən avtomat tətiyindən başqa bir də klaviatura arxasına keçib bizi məhv edir ey xalqım!. İnformasiya müharibəsi qaçılmazdır..
Sanki sosial şəbəkələrdə bir qrup düşmən qüvvəsi, şortik qalmaqalını əsas müzakirəyə çevirir, cinsi azlıqların harın həyatını reklam etdirir, bütün neqativ mövzuları bilərəkdən, qəsdli olaraq qabardır. Əlbəttdə milli düşüncəmizdəki qüsurları, zəif yerləri bildikləri üçün belə edirlər. Şayiələrlə, dedi-qodularla “yatıb-durduğumuzu” bildikləri üçün bu tip təxribat dolu təbliğat seçərək bizi öz evimizdəcə, klaviatura arxasında məhv edirlər. Düşüncəmizi, milli vətənpərvərliyimizi beyinlərimizdən silirlər.

Efirlərimizi qazan verilişləri, cinsi azlıqların “kişilik” görkəmi ilə bəzədikləri kimi. Hər gün şəhid verən, amansız düşmənlə burub-buruna duran cəmiyyəti, “şortik problemi” Qarabağ düşüncəsindən, vətənpərvərlik duyğusundan məhrum edirlər. Bunu edən düşmənimdir, amma mükəmməl usta işidir, vəssalam.

Əvəzində biz nə edirik?. Sadəcə HEÇ NƏ!. Təkcə on illərdir ki, yalnız yuxarılardan gələcək təlimatla, qəlib cümlələrlə işini bitmiş sayan beş-üç “mediya” orqanında bir qrup savadsız, müstəqil düşünmə qabiliyyətindən uzaq olan deputata, ictimai təşkilat sədrlərinə tutuquşu kimi əzbərlədilən, insanda dərhal ikrah yaradan, düşməndən daha çox öz ictimai şüurumuza güllə kimi yara vuran əttökən “açıqlamalardan” bir metr də olsun uzağa yol getməmişik. İnsan şüuruna güllə kimi təsir edən, ən kütbeyin, ən laqeyd vətəndaşı VƏTƏN DAŞINA çevirə biləcək heç bir informasiya konsepsiyası ortaya qoya bilməmişik....
Nə qədər gec deyil, düşmənlə daha çox informasiya müharibəsinə başlamalıyıq, yoxsa gec olacaq. İndi müharibə sisoal şəbəkələrdə gedir, klaviatura arxasında. Bir əlimiz avtomat tətiyində, bir əlimiz klaviatura tətiyində olmasa, çooox gec olacaq qardaşlarım, bacılarım, ağsaqqalarım. Özü də 1803, 1813, 1828, 1905, 1918 tarixlərində itirdiklərimizdən də daha betər gec olacaq!.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə