Dağıdıcı müxalifət siyasi opponentlik mədəniyyətindən uzaqdır KÖŞƏ

Son vaxtlar siyasi arenada baş verən hadisələrə əsasən demək olar ki, dağıdıcı müxalifət yeni satqınlıq əməli ilə gündəmə gəlməyə, ən azı mətbuatın diqqət mərkəzinə çevrilməyə çalışır. Onlar korporativ maraqları naminə bütün anti-Azərbaycan dairələrlə əməkdaşlıq qurur və çirkin planların reallaşması üçün əllərindən gələni edirlər. Hər zaman belə olub, bu gün də belədir. Xalqdan ayrı düşən, fəaliyyətini milli və dövlətçilik maraqlarına qarşı yönəldən dağıdıcı müxalifət koronavirus epidemiyasının dünyanı ağuşuna almasından bəhrələnməyə çalışır. Yəni bu ağır və çətin dönəmdə xalqla eyni mövqedən çıxış etməkdənsə, xalqa qarşı pozuculuq yolu tuturlar. Bəzi ölkələrdə isə, müxalifət partiyaları hakimiyyətlə birlik nümayiş etdirir və atılan addımlara, verilən qəraralara öz dəstəyini göstərir. Hətta Türkiyə, Fransa, Almaniya, Gürcüstan kimi dövlətlərin müxalif partiyaları hakimiyyətə qarşı əvvəlki sərt tənqidi fəaliyyətlərini dayandırıb, ölkənin pandemiyaya qarşı mübarizə tədbirlərində iqtidara yardımçı olmağa çalışırlar. Azərbaycan müxalifəti isə dəyişməz ampluasındadır. Yenə də, böhtanlar və anti-Azərbaycan dairələrinin sifarişlərini həyata keçirirməyə cəhd edirlər. Gah sosial şəbəkələrdə yalan və böhtanlar səsləndirir, gah da boşboğazlıqdan ibarət olan iddialar irəli sürürlər. Lakin bunların heç birinin effekti olmayacaq. Çünki xalqın və dövlətin maraqlarının satılması əvəzinə, şəxsi mənafelərin həyata keçirilməsi tarix boyu heç kəsə nəsib olmayıb. Ona görə də, milli maraqların satılması qarşılığında müxalifət uğur qazana bilməyəcək. Əksinə, onların cəmiyyətin gözündən düşmələri daha dərin köklərə malik olacaq. Məhz bu amil də onların növbəti seçkilərdə məğlubiyyətlərini şərtləndirəcək. Nəzərə almaq lazımdır ki, bu günə qədər pozucu və məkrli siyasətləri dəyişmədiyindən, müxalifət bütün seçkilərdən üzüqara çıxıb. Çünki bu günə qədər xalqa, dövlətə fayda verə biləcək ideyalar irəli sürə bilməyiblər, faydalı layihə ilə çıxış etməyiblər. Onlar ancaq, həyata keçirilən islahatları, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi məqsədilə görülən tədbirləri gözdən salmağa çalışıblar. Bəzən uzağa hesablanan, ağılsız iddialarla çıxış edərək, iqtisadi və kadr islahatlarının onların mini aksiyalarından sonra reallaşdırıldığını bildiriblər. Bu dardüşüncəli məxluqlar anlamırlar ki, hələ 2018-ci il prezident seçkiləri ərəfəsi Cənab İlham Əliyev 2019-cu ilin islahatlar ili olacağını və bu islahatların 2020-ci ildə də davam etdiriləcəyini bəyan etmişdir. Verilən vədlər, irəli sürülən ideyalar reallaşdırıldı. 2019-cu ildən başlayaraq, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırıldı. Əhalinin banklara olan borcları dövlət hesabına silindi, sosial evlər tikilərək əhalinin istifadəsinə verildi, geniş miqyaslı iqtisadi islahatlar aparıldı və bu gün də proses davam etdirlməkdədir. Təbii ki, sosiai, iqtisadi islahatlar dərinləşdikcə insanların vəziyyəti, sosial rifahı, güzəranı da yaxşılaşır. Dağıdıcı müxalif ünsürlər isə, ölkədə həyata keçirilən inkişafdan ciddi narahatlıq keçirirlər və müxtəlif təxribatları ilə iqtisadi uğurlara kölgə salmağa çalışırlar.

Xüsusilə, müxalifətin təxribat maşını olan AXCP sədri Əli Kərimli hər cür vasitə və üsullardan istifadə etməklə, milli maraqlarımıza zərbə vurmağa çalışır. Mövcud fakt ondan ibarətdir ki, Ə.Kərimli tək öz xalqına, vətəninə deyil, amalına, məsləyinə, dostlarına və əqidə yoldaşlarına qarşı da xəyanət yolu tutub. BQP başqanı, millət vəkili Fazil Mustafa Ə. Kərimlinin satqınlığının nəticəsi olaraq AXCP-nin bir neçə dəfə parçalanmasına gətirib çıxardığını bildirib: "Əli Kərimlinin "satılmaması" barədə danışanlar 1995-ci il və sonrakı tarixə bir də nəzər salsınlar. Onda yadlarına düşər ki, Əli Kərimli hakimiyyətlə hansı danışıqlara gedib".

Biz sözlə, istər mövcud reallıqlar, istərsə də konstruktiv mövqeli müxalif partiya sədrlərinin söylədikləri bir daha onu deməyə əsas verir ki, Ə.Kərimli və onunla eyni fikirdə olan trolların hədəfi ölkədə qarşıdurma yaratmaqdır. Ancaq görünən odur ki, onlar naqis xislətlərinə, məkrli istək və arzularına çata bilməyəcəklər. Çünki xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir və bu birlik olan yerdə heç bir qüvvə ölkədə pozucu hərəkətlər edə bilməz.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə