Erməni mənşəlilər, erməni çörəyi yeyənlər -yazıqlar olsun! KÖŞƏ YAZISI

Bu gün hər hansı bir ölkədə etiraz başlayırsa, həmin anda Avropanın küçələrində 5-10 qranta görə mənliklərini hərraca qoyan “siyasi mühacir” adı ilə yaşayan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qabil Məmmədov, Arif Məmmədov və digərləri milli mənliyi, ruhu qısırlaşmış bu dönük məxluqatlar başlayırlar sosial şəbəkələrdən çağırışlar etməyə. Bunun dəfələrlə şahidi olmuşuq. İstər Ukraynadakı son vəziyyətə nəzər saldıqca, insanın uzun müddətdir ki, ölüm-qalım savaşı aparan Maydan, istərsə də bu gün Belarusiyadakı etirazçıların daha çox hakimiyyətə yiyələnmələrinə sevinən Azərbaycan müxalifətinə “yazığı” gəlir. Çünki bu müxalifət kimi müxalifət dünyanın heç yerində yoxdur. Hətta gündüz vaxtı çıraqla axtarsan belə, Azərbaycan müxalifətindən və satqın, “siyasi mühacir istehsalçısı” AXCP sədri Əli Kərimli, “Milli Şura”nın tryapkası Cəmil Həsənlidən başqa “müxalifət” tapa bilməzsən. Ona görə də bunlar dünya müxalifətçiləri arasında yetim kimi tək-tənha qalıblar. Yəqin elə bu səbəbdən də neçə illərdir ki, harada qanlı çevrilişlər, inqilablar baş verirsə, dərhal həmin ölkə müxalifətinə yalmanaraq, başlarından böyük “təbrik məktubları”, Avropanın zibilliklərində sülənən Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qabil Məmmədov, Arif Məmmədov kimilər isə sosial şəbəkələrdən çağırışlar etməyə ki, “baxın Belarusiyaya, ayağa qalxmaq vaxtıdır” deyə gecə-gündüz boğazlarını çırırlar. Yazıqlar olsun, ay bədbəxtlər, sizin kimi tryapkaları xarici ölkələrin müxalifətçiləri heç veclərinin qırağına da saymırlar.

Azərbaycanın məhz belə yararsız müxalifəti var!

Lakin ortada daha bir məsələ var. Bu məsələ radikal müxalifətin vaxtından tez sevinməsidir. Əcəba, bunlar niyə və nəyə sevinirlər? İstər bütöv Ukraynanın, istərsə də Belarusiyanın üçüncü qüvvələrin toqquşan siyasi maraqları hesabına parçalanmasınamı, yaxud da bundan sonra vətəndaş qarşıdurmasının şiddətlənməsinəmi, insan qanlarının axıdılacağınamı və daha nələrəmi sevinir, Azərbaycanın radikal müxalifəti?

Təəssüf ki, radikal müxalifəti yalnız və yalnız bu kimi hallar baş verdiyi zaman sevinir və təəssüf ki, Azərbaycanın məhz belə yararsız müxalifəti var! Ancaq bundan heç də təəccüblənməyə dəyməz. Çünki məhz bu müxalifət insan qanı üzərində hakimiyyətə yiyələndi və insan qanı üzərində bu hakimiyyətdən getdi. Xocalı soyqırımının baş verməsində kifayət qədər rolu olan AXC, indi bunu inkar etsə də, orada həlak olan soydaşlarımızın qanlarının bir parçası da elə bunların üzərindədir. Əgər hakimiyyət hərisliyi bunları yandırıb-yaxmasaydı, ən azından cəbhədəki əsgərlərini göndərərdilər Xocalıya və bu dərəcədə qanlı soyqırımın qarşısını ala bilərdi indiki müxalifət. Amma bir neçə il sonra bunların özləri etiraf etdilər ki, Xocalı soyqırımı AXC-nin hakimiyyətə gəlməsini sürətləndirdi. Bax, budur bunların daxili çirkablıqları, rüsvayçılıqları, rəzillikləri! Çünki…

Radikal müxalifətin qan üzərində rəqs etmək arzuları öz təsdiqini tapır…

Hakimiyyətdən qaçanda da bunlar qan tökməkdən çəkinmədilər. Ancaq fakt budur ki, xalqın qarşısında da duruş gətirməyi bacarmadılar. Və bu səbəbləri sadaladıqca, Azərbaycan müxalifətinin qan üzərində rəqs etmək arzuları öz təsdiqini tapır. Ona görə də indi başlayıblar Belarusiyadakı hadisələri xalqa nümunə edərək çağırışlar etməyə. Yazıqlar olsun! Çünki C. Həsənlinin, Ə.Kərimlinin, eləcə də Avropanın zibilliklərində sülənən T. Sadıqlı, M. Mirzəli, Q. Zahid, S. Osmanqızı, V. İsgəndərli, Q. Məmmədov, A.Məmmədov kimilərin sosial şəbəkələrdən çağırışlar etməsinin məqsədi bəllidir. Qan istəyi. Çünki Azərbaycan müxalifəti murdar qaniçən vampirlərdən heç də fərqlənmirlər. Ancaq o da unudulmamalıdır ki, belə xəyanətlərə görə, qanunla yanaşı, Allah qarşısında da cavab verməli olacaqlar. Hətta bu cavabı vermək üçün onun hansı cəzalara layiq olacağı da bəri başdan bəllidir. Çünki xəyanət elə xəyanətdir. Xəyanətin cəzası isə həm yerdə, həm də göydə çox ağır olur...

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə