Cəmil Həsənli savadsızlığının növbəti hoqqabazlığı….

Həyatda qəribəliklər çoxdur. Bəzən onlar elə absurd məzmun kəsb edir ki, insan çox təəccüblənir: Yəni belə də ola bilərmiş? Necə deyərlər: köhnə mahnı yeni ifada: mənəvi inkişaf olmayanda. Yazıq qoca «professor», iblisxislətli satqın və mənəfiyyatsız AXCP sədri Əli Kərimlinin «ipli kuklası» olan və özünü "Milli Şura" adlı bir ölü qurumun rəhbərinin hüquqi savadsızlığı, doğrudan da, çox acınacaqlıdır. Cəmil Həsənlinin karantin qaydalarını, SMS-lə icazənin şərtlərini pozan şəxslərə polis orqanlarının cərimə təyin etməsi, cərimənin həcmini müəyyən etməsi və bu cərimələri inzibatı qaydada ödətdirməsi hallarını qanunsuz hesab etməsi bu adamın elementar hüquqi biliklərə, təsəvvürlərə malik olmamasını göstərir. C.Həsənli iki-üç ay bundan öncə vətəndaşlara "tövsiyə" və çağırışlar edirdi. İndi də sentyabrın 9-da bir qrup jurnalistin icazəsiz aksiyada təxribat törətməyə cəhd göstərməsindən ruhlanaraq okeanın o tayında oturub sosial şəbəkələrdən "tövsiyə" və çağırışlarını edir və bildirir ki, "SMS daha yoxdur, çıxın haqqınızı, hüququnuzu tələb edin". C.Həsənlidən soruşmaq istərdim: hansı haqdan, hüquqdan, qanundan danışırsan? Tələb etdiyin qanunlara əməl edirsənmi?

Sözsüz ki, sizi dəstəkləyən və qanunlardan başı çıxmayan peşə kodeksinə və fəaliyyətinə uyğun olmayan qərəzli, hətta təxribatçılıq əməllərə rəvac verməyə çalışan, əyinlərinə MEDİA gödəkçələri geyinmiş bəzi jurnalistlər aksiyanın baş tutmadığını anladıqdan sonra gödəkçələrini çıxarıb, polisə qarşı müqavimət göstərməyə cəhd etmələri, necə deyərlər, «kora tın, kor nalbəndi də belə olar», yaxud da «taylı tayın tapar» misalının sübutu deyilmi?. Ancaq bütün bunlara rəğmən, qeyd edilən jurnalistlər onlar üçün yaradılan iş şəraitindən faydalanmaları yerinə, heç bir aidiyyatı olmayan şüarlar səsləndirib, vəziyyəti gərginləşdirməyə çalışdılar. Ancaq bu real faktordur ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər mövcuddur və jurnalistlərin peşə fəaliyyətlərinə heç bir müdaxilə və s. çətinliklər törədilmir. Təəssüf doğuran odur ki, satqın Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid və … bu kimi xalqa düşmən olan parazitlərin sağalması mümkünsüzdür.

Ən alçaqlıq isə, C.Həsənlinin qanunsuz aksiya keçirmək xəbərindən sonra ingilis ruporu olan satqın Sevinc Osmanqızının kanalında çağırışlar edərək bildirir ki, bir-birinə ziddiyyət təşkil edən çıxışlar edərək əvvəlcə vətəndaşlara bildirir ki, «bütün imkanlar daxilində karantin qaydalarına əməl etmək vacibdir» deyir, onun ardınca "SMS götürülübsə nəyi gözləmək lazımdır? Heç bir təzyiqə baxmadan mübarizənizi davam etdirin" çağırışı etməklə, bir-birilə daban-dabana ziddiyyət təşkil edən bu iki fikrin ikisini də səsləndirən C.Həsənli bununla da vətəndaşları həm də qanunlara tabe olmamağa, anarxiyaya sövq etmiş olur.

Bu «peşəkar» siyasətçi sırf hüquqi məsələlərə dair status paylaşır, amma özünə bir az əziyyət verib gedib heç olmasa, İnzibati Xətalar Məcəlləsini açıb oxumur. Oxumadığına görədir ki, hüquqi məntiqdən tamamilə uzaq olan fikirlər səsləndirir. Onun bu fikirlərini oxuyan hər kəs başa düşür ki, qoca «professor» həqiqətən də qanunlardan heç xəbəri də yoxdur. Xəbəri olsaydı bilərdi ki, bu gün yumuşalma olsa da, hamı karantin rejiminin qanunlarına əməl etməlidir. Və SMS götürülsə də, hamı məsuliyyət daşımalı, qanunlara əməl etməli və bu normativ aktlar kimliyindən asılı olmayaraq qanunu pozan bütün şəxslər üçün hüquqi məsuliyyət yaradır. «Milli Şura» rəhbərinin SMS-lə icazə sistemini ələ salaraq "SMS hoqqabazlığı" kimi səviyyəsiz bir ifadə işlətməsi də bu adamın necə bərbad düşüncəyə malik olmasını açıq-aydın göstərir. Onun "SMS hoqqabazlığı" adlandırdığı pandemiyanın qanunlarına əməl etməyi ayırd edə bilməməklə bir daha siyasi savadsızlığını nümayiş etdirir. MŞ sədrinin xəstə məntiqlə sosial şəbəkələrdə digər ölkələrdə də karantin rejiminin qanunlarını «koronavirus hoqqabazlığı» ilə məşğul olduğunu deyib. Bu dərəcədə qərəzli olmaq bir siyasi təşkilat «rəhbəri» və bir «professor» üçün ayıbdır axı. Onun məqsədi, həmişə olduğu kimi, növbəti dəfə Azərbaycanı dünya ictimaiyyətinə mənfi yöndən tanıtmaqdır. Amma bu, çox çirkin məqsəddir. Əslində, bu satqın və mənəviyyatsız C.Həsənli kimilərə cavab verməmək də olardı. Ancaq bəzən insan ləyaqətini gözləyib susanda, «vicdan da susur»! Vicdan susanda isə faciələrin ardı-arası kəsilmir. Xüsusilə mövzu Vətən, Dövlət və Qarabağdırsa, səbir kasası daşa bilər!

Bu adamın məqsədi aydındır: Azərbaycanda demokratik mühitə zərbə vurmaq, xaos yaratmaq. Ancaq bu dəfə fürsətləri olmayacaq. Çünki artıq güclü və inkişaf etmiş Azərbaycan dövləti, öz Prezidenti ətrafında böyük inamla birləşən xalq var. Artıq əksəriyyət və həqiqi demokratik prinsipləri meyar seçən müxalifət də bu qrupların xalq düşməni olduğunu aydın görür. Və dünyadakı karantin rejimindən istifadə edib Azərbaycana qarşı daxildəki bu qruplardan istifadə edərək məkrli planlar həyata keçirmək istəsələr də məqsədlərinə çatmayacaqlar. Çünki nə Azərbaycan 30 il əvvəlki deyil, güclü dövlətdir, nə də xalq əvvəlki deyil. Və məkrli niyyətləri elə niyyət olaraq qalacaq.

Nəhayət, yazı boyunca çox düşündüm ki, bu hoqqabazlığın, qanun deyib, qanunlardan xəbərsiz olan bu hoqqabazın cavabını necə verim? Yekunda tapdım. Nə özü ilə işim olacaq, nə ətrafı ilə. Ən yaralı və kövrək yerindən vuracam bəyi: "Tryapka” - səni bu qoca yaşında bığ çıxarmağa məcbur edəndir!”.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə