Vətəni, millət satan Əli Kərimlinin dərdi…

Ömər Xəyyama görə, “İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar”. Səbəb aydındır - maliyyə-pul arqumenti? Satqın yalnız məntiqləmi düşünür? Bu sualları sözgəlişi demədim. Çünki işin kökü yalnız acgözlük və pul deyil. Ancaq AXCP sədri Əli Kərimliyə görə “qazanmaq” yox, varlanmaq üçün xəyanətin qiyməti “yüksəkdir”. Çünki satqın üçün hər şey - satlıq maldır. Əli Kərimli kimilər üçün satıb-satılmaq bir qurtum su içmək qədər asandır.

Baxın, iyulun 12-də Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq, Azərbaycan ordusunun bölmələrini, rayonun yaşayış məntəqələrini atəşə tutdular. Təbii ki, ordumuz da Ermənistanın bu təxribatının qarşısını alıb və ermənilər öz yerlərinə geri otuzdurub. Azərbaycan Ordusunun dəqiq zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus dayaq məntəqəsi, ağır texnika və çoxsaylı hərbçi məhv edildi. Bu, qürurverici deyilmi? Bu cür igid, mərd hərbçiləri olan ordu alqışa, hörmətə, sevgiyə layiq deyilmi?

Bu Vətəni sevən, onun şəhidi üçün göz yaşı tökən, ordumuzun zəfəri üçün dua edən, dövlətimizin ayaqda qalmasını istəyən insanlar, vətəndaşlar qəhrəman əsgərlərimizin bu qələbəsinin sevincini yaşamaq istədilər, yürüşü edərək Azərbaycan iqtidarına, Prezident İlham Əliyevə və orduya dəstəklərini ifadə etmək istədilər. Təəssüf ki, Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Vidadi İskəndərli, Sevinc Osmanqızı və bu kimi provakator qara qüvvələr səmimi niyyətli insanların hərəkətlərinə xaricindən idarə olunaraq bu qələbəyə kölgə salmağa çalışmaq istədilər. Yenə də bəlli oldu ki, bu təxribatı törədən “erməni dəyirmanına su tökən” satqın iblis xislətli Əli Kərimli kimilərdir. Əgər belə olmasaydı elə həmin anda sosial şəbəkələrdən çağırışlar etməzdilər.

İblis xislətlilər yenə də öz əməllərində…

İndi də son günlər AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu və bu toyda bir qrup məmurların karantin rejiminin qaydalarını pozması sanki radikal

müxalifətin əlinə göydəndüşmə oldu. İndi də başlayıblar bu olayı çözməyə. Bir də neyləsinlər, dünənə kimi, qeybətxanap yuvası olan “Milli Şura”nın “zoom” iclasları ilə dövləti, xalqı təhqir etməklə məşğul idilər, eyni çağırışı orada edirdilər, indi də bu toy məsələsi düşəndən başlayıblar yenə də “mitinq” çağırışı etməyə: “Meydana çıxın, baxın, görün Belarusiyada xalq nə edir” deyə “çıxış yolu” göstərirlər”. Doğurdan da, düşməni başqa yerdə axtarmaq lazım deyil. Təəccüblü deyil... Çünki satqın və istifadə olunanların anladıqları budur. Belə bir deyim var: “xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır”. Lakin bu əxlaqsız və mənəviyyatsız erməni çörəyi yeyənlər üçün xəyanət etmək ən adi bir məsələdir. Belələrindən bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür. Yenə də vurğulayıram ki, əslində, ortada təəccüblənəcək heç nə yoxdur. Həmişə belə olub, indi də hakimiyyətin uğurlarını “müxalifətin qələbəsi” kimi zorla xalqa sırımaq yalnız bu siyasi satqın və istifadə olunanların canındadır, qanındadır. Elə bədəxtlik də bundadır. Belə olan halda……

“Vətən”, “millət” deyən əxlaqsızlar bəlkə bir geriyə baxsınlar…

Amma təəssüf ki, geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy: “Rüşvət alanda milyonlarla dollar alırsınız. Alırsan, heç olmasa yüz minlərlə al, beş manat al, insafla al. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...”. Və bu gün sosial şəbəkələrdə dövlətin ünvanına özlərinə layiq olduqlarını deyən Vətənini, torpağını satan-satılan AXCP sədri Əli Kərimli, “Milli Şura” deyilən satqınlar yuvasına sədrlik edən, saçına, “başına” hörmət etməyən Cəmil Həsənli həyasızcasına AXC-Müsavatla bağlı dövlət başçısının dediyi real faktları özlərinə sərf edən formada “təhlil” edərək bu günkü uğurlara kölgə salmağa çalışmaları “həyasızlığın lap 100 faizidir”. Məşhur fransız ədibi Viktor Hüqo dediyi kimi: “Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir”.

Bu satqın və şərəfsizlər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəs törətdiyi əməllərin cəzasının qanun çərçivəsində almalıdı və alacaq da!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə