“Haqsız oturub, haqdan danışmaq” buna deyirlər. Bu gün belə nankorlar, satqınlar, cinayətkarlar çoxdur. Necə deyərlər, ağzını açanda bilirsən ki, səviyyəsi nə dərəcədir. Ən təəccüb doğuran isə, yerindən duran, Avropanın küçələrində sülənənlər özlərini yaa "hüquq müdafiəçisi", ya da “demokrat jurnalist” adlandırırlar və gecə-gündüz sosial şəbəkələrdən düşmürlər. Görünür, bəlkə də elə orda da gecələyirlər.

Belə olmasaydı ölkəmizdə hansı uğurlu nailiyyətlər eşidirlər, xüsusilə də dövlət başçımızın xalqı tərəfindən böyük məhəbbətlə əhatə olunduğunu, həmçinin dünya dövlətlərinin Prezident İlham Əliyevin diplomatik xarici siyasətinə həsəd apardığını eşitdikcə sağalmaz virusa tutulan “beşinci kolon”un erməniyə nökərçilik edən dələduz və satqınlar - Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov, Qurban Məmmədov və…bu kimi parazitlər qaşınmağa düşürlər. Bu kəslər o kəslərdir ki, Azərbaycanın çörəyini yeyib, suyunu içərək böyüyən, ərsəyə gələn, adam içinə girib özünü "adam" sanmağa başlayan, sonradan isə bütün bunları unudaraq, yediyi çörək və içdiyi su qabına qudurğancasına şıllaq atıb aşıran nankorlar, satqınlar o qədərdir ki! Bu o fərdlərdir ki, xarici dövlətlərə müxtəlif yollar sayəsində həyasızlıq, şivənlik yolları ilə mühacirət edib öz ölkəsinə qarşı düşmən mövqeyi göstərsələr də nəticədə yaxşı cavablarını alırlar. Elə götürək Azərbaycanı vaxtilə Avropa Şurası və Parlament Assembleyasında təmsil edən sabiq deputat, müxalifətin “Mat Tereza”sı Gültəkin Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyulduqdan sonra yenə də danışması, hələ də özlərinə azərbaycanlı demələri, həyasızlığın son həddidir, buna deyirlər. Hansı ki, belələrinin hətta bu millətin adını daşımağa belə heç bir mənəvi haqları qalmayıb. Qalmayıb, həm də ona görə ki, belə “azərbaycanlıların” özlərini “siyasi mühacir” olmalarına təkan verən erməniçilik sevdasızlarıdır. Bax, bu tükənməz erməni sevdası olan bu kəslər bu gün erməni deyilən bir bici, nəsli-kökü bilinməzi azərbaycanlı deyilən bir qeyrətlidən daha artıq tutmaqla, əslində, nə qədər mənəviyyatsız olduqlarını göstərirlər. Hətta istifadə edilib atıldıqları bir məqamda da.

Mənəviyyatı, şərəfi, ləyaqəti olmayandan başqa heç nə gözləməyə dəyməz.

Bu günlərdə bu satqınlar dövlət başçısının yeni icra başçılarına qəbulu zamanı tapşırıq və tələbini bildirərək dedi ki, “biz hamımız - məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik» yanaşması ən əsas məsələ kimi vurğulanıb. Azərbaycan dövlətinə, dövlətçiliyinə, hər bir Azərbaycan vətəndaşına olan təhlükənin, təhdidin qarşısını almaq üçün hər bir məmur cavabdeh olmalıdır. Dövlət başçısı bütün məmurları işlərində hər şeyin qanun çərçivəsində həyata keçirmələrini bildirib. Lakin Avropa süləngəc olan və özünü dönö-dönə “hüquq müdafiəçsi” adlandıran Vidadi İskəndərli dövlət başçımızın dediyi “xalqın xidmətçisiyik” deməsini “sanitar” adlandırması, bu yerdə necə deyərlər “ölü toyuğun da gülməyi gəlir”. Buna deyərlər “tupoyluq”. V.İskəndərli deyir ki, “indi də Azərbaycanın dövlət başçısı xalqa müraciət edir ki, nəyin bahasına olursa-olsun qulluqçu olmalısınız”,- deyir. Sonra da başlayır saatlarla dövlətin, xalqın ünvanına böhtanlar yağdırmağa. Sonda isə, Azərbaycan xalqını mitinqlərə çağırışını etməyə: “Ayılın, bu dövlət sizi uçuruma aparır. Bu dövlət sizlərə nə edib ki, arxasında durursunuz?”. Budur, 100 faiz həyasızlıq. Yeri gəlmişkən, elə bu aralarda adını “Meydan TV” qoyub, çox sevdiyi, ayaqları altına düşdüyü, hətta filan-fulan yerlərini dəsmalladığı erməni dayılarına nökərçilik edən cinayətkarlardan hətta qohumları belə imtina etdikləri halda bu gün Gültəkin Hacıbəylinin müdafiəsi ilə bağlı bəyanat verirlər. Bu təəccüb də doğurmur. Çünki it-itin ayağını tapdalamaz.

Onu da deyək ki, əslində, bu şərəfsiz cinayətkarlar, nankorlar meydanda tək deyil. Və bu gün onları müdafiə edənlər isə elə onlar kimi erməniyə dayı, əmi, hətta ata deyən axecepenin baş çaqqalı, “sanitarkası” Əli Kərimli, Vidadi İskəndərli və ətafında olan çaqqalları, soruşmaq istərdim ki, siz satqınlar kimilərin nökərlərisiniz?. Erməniyə qardaş, bacı, dayı, əmi deyənlərsiniz. Çünki ermənilər bunları yedirdir, içirdir, lazım gələndə də...

Bax, bütün bunlardan sonra əlavə şərhə də məncə heç bir ehtiyac qalmır. Hər halda kor-kor, gör-gördür. Ancaq bir şeyi unutmayın - haqqı itirib, haqsızlığa gedənlərin sonu olmur. Bu yerdə Dostoyevskinin cinayətkarla bağlı dediyi sözləri xatırlatmaq istərdim: «Cinayəti törədib, onun cəzasından qaçmaq mümkündür. Amma o cinayətin qorxusundan çıxmaq əsla mümkün deyil». Bu gün müxalifət cinayətinin, xəyanətinin qorxusu ilə baş-başa qalıb. Və müxalifət bir daha bunu anlamalıdır ki, cinayətkarlar cəzadan yayına bilməz.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə