Hər zaman yazmışıq ki, dünya əyridi və düzəlmək də istəmir. Böyük şairimiz Məmmd Araz da bu dünyanın düzəlməməsindən gileyli tərk elədi onu. Elə bil dünyanın belində bir qunduz əmələ gəlib və nə qədər çapalasa da qunduz onun düzəlməsinə, dik dayanmasına imkan vermir ki, vermir.

Son olaylardan, yəni 12 iyulda hayların Tovuz təxribatından sonra baş verənlər ümid verir ki, dünya düzəlməyə başlayır. Amma... Əsas məsələ də bu zəhrimara qalmış ammanın əmmasındadı. Hadisələr baş verən kimi haylar şivən saldılar ki, ay dadi-bidad , qoymayın, müsəlmanlar bizi qırdı. Artıq hay xislətini anlamağa başlayan dünya, o cümlədən xüsusi vurğulayım ki, xristian dünyası bu şivənə inanmadı və haylar məşhur təmsildəki çobanın gününə düşdülər. O təmsili bilənlər xatırladı, bilməyənlərə də mən deyim, bilsinlər.

Örüşdə sürünü otaran çoban bir dəfə yalandan haray salır ki, qoymayın, canavar sürünü parçaladı. Camaat toplaşıb gəlir köməyə, görür ki, canavar-flan yoxdu. Bir müddət keçir, çoban bir də təkrar edir bu yalanı. Yenə camaat gəlir, görür yalandı. Üçüncü dəfə gerçəkdən sürüyə canavar daraşır, çoban nə qədər çığırır, bağırır, heç kim köməyinə gəlmir. Canavarlar da sürünün yarısını parçalayıb gedirlər. Biz türklərin canavarı, yəni boz qurdu totem kimi qəbul etməyimizlə bir əlaqəsi yoxdu bu təmsilin. Amma hayların indiki halının çobanın halına bənzəməsi birmənalıdı...

Xülasə, açıq-aşkar hiss olundu ki, dünya bu “yalançı çoban”ın, yəni hayların iç üzünə bələd olub artıq və qopardığı həşir də özünə qaldı. Hətta bir-birinin təhlükəsizliyini qorumaq haqqında müqavilə imzalamış KTMT adlanan qurumun əksər üzvləri də hayların səsinə səs vermədi. Hayları ortalığa salıb aramqutan meymunu kimi oynadan sahibi ruslar da vəziyyəti belə görüb, meymunlarına açıq dəstək verməkdən çəkindilər (Örtülü dəstəkdən sonra danışacağıq). Vəziyyəti belə görüb dünyadakı erməni terror qurumları fəaliyyətə keçdilər. Orda bir təxribat, burda bir təxribat, sonra anladılar ki, bir az da batırlar, dayandılar. Daha doğrusu dünya onları dayanmağa məcbur elədi. Bu dəfə keçdilər mətbuatla Azərbaycana və Türkiyəyə qarayaxma kompaniyasına. Başladılar ki, Türkiyə Azərbaycanla birləşib onların “min illərdi yaşadıqları”(???), “dədə-baba” yurlarından – Qarabağdan çıxarmaq istəyir.

Ağaları rusların telekanalında yarısına kimi yerə batan və qondarma millətini də yerin üst qatına soxan başyeyən Paşinyan BBC telekanalında büsbütün girdi yerin altına və tayfasını da yerin alt qatına gömdü. Nədən baş verdi bütün bunlar? Ondan baş verdi ki, dünya artıq erməni xislətin, bu xislətin təkcə Azərbaycan üçün, türklər üçün deyil, bütün dünya üçün xərçəng virusu olduğunu anlamağa başladı. Beləcə, dünya qəti mövqeyini ortaya qoymağa başladı. Yəni əyri yeriyən dünya düzəlməyə, dik yeriməyə, hər şeyi öz adı ilə adlandırmağa israrlı olduğunu ortaya qoydu. Di gəl ki, dünyanın belinin tən ortasında dörd yüz il bundan əvvəl əmələ gələn, get-gedə böyüyən, böyüdükcə irinləyən bir qunduz var ki, yenə var gücü ilə dünyanın düzəlməsinə, düz yeriməsinə maneçilik etməyə başlayıb. Adını məndən soruşmayın, bilirsiniz özünü “ayı” adlandıran bu qunduz nə qunduzdu! Bütün dünyanın qınadığı və hətta sülhə təhdidçi dövlət kimi üstünə getdiyi haylara, Tovuz təxribatında uduzduğunu görən kimi gecə-gündüz silah daşıyan, nə az, nə çox, 400 ton ağırlığında hərbi texnikanı hay qardaşlarına təmənnasız göndərən bu qunduz imperiya yenə dünyanın düzəlməsinə mane olmağa çalışdı və çalışır. Diqqət edin, son hadisələrdən sonra ermənilərə dəstək verən həmin bir qunduz imperiyadı , bir də erməni puluna xaricdən banlayan “bizmki”lər.

Dünya düzəlmək istəyir, qunduz mane olur. O zaman neyləməli? Bir ağıllı-başlı cərrah tapmalı, bu qunduzu dibindən kəsib götürməli, onu tarixin arxivinə atmalı. Tanrı bu cərrahı tezliklə yetirər, inşaallah!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə