Donosçuluq ənənəsi və “stukaç” damğası KÖŞƏ YAZISI

Donos yazmaq marağı ənənəvi müxalifətin çoxdankı şakəridir. Hətta deyərdim ki, ənənəvi müxalifətin ənənəsidir. Az qala yarandıqları gündən ora-bura donos yazan, çuğulluq edən destruktiv müxalifətin bu adəti yalnız müxalifət düşərgəsinə keçdikləri gündən deyil, hətta hakimiyyətdə olduqları dövrlərdən mövcuddur. İndi həmin ənənə davam edir və bu ənənənin əsas “siması” kim olsa yaxşıdır? Əlbəttə ki, AXCP kreslosunu işğal edən Əli Kərimli! Rəhmətlik Elçibəy Əli Kərimlinin güdazına gedənə qədər, yəni AXCP-nin sədri olarkən ona “komsomolçu” adını elə-belə qoymamışdı ki. Əli Kərimli tələbəlik illərindən “dönməz komsomolçu əqidəsinə malik” olan “stukaç” (satqın-R.R.) kimi bu gün də bir çoxlarının qəlblərindəki ürəkbulandırıcı guşələrdə yer almaqdadır. Yəni həmin ənənə hazırda da davam edir, özü də açıq-aşkar.

Əslində, bu, yeni xəbər deyil, amma yeni olmasa da, bir daha xatırlatmağa dəyər!

Məsələn, o günləri Qənimətin əqrəbləri Ermənistana tərəf işləyən “Azərbaycan saatı” verlişində guya informasiya blokadasında olduğunu bar-bar bağıran Əli Kərimli necə donosçu olduğunu özü də bilmədən etiraf edərək, özünü açığa çıxarıb. Belə ki, müsahibəsi zamanı “Bütün bizimlə işləyən beynəlxalq təşkilatların bu barədə açıqlaması oldu...”, “Amnesty İnternational” və “Freedom House” hesabatla çıxış etdi” kimi gülməşəkər sevinci ilə çırtma çalıb-oynayan AXCP sədri bununla erməni “krışası” altında Azərbaycan əleyhinə fəaliyyət göstərən bir sıra Qərb təşkilatlarına necə ürəkdən “stukaçlıq” etdiyini gizlətmədi. Yəni etiraf etdi ki, “Amnesty İnternational” və “Freedom House” adlı qeyri-hökumət təşkilatları ilə sıx iş birliyindədir. Üstəlik, bəlli oldu ki, çuğulçu Əli Kərimli qrant almaq üçün bənzər QHT-lərə Azərbaycan əleyhinə donoslar yazıb ötürür, hətta partiya adı ilə əlinin altında saxladığı bir qrup şəxsi mütəmadi qanunsuz əməllərə təhrik etməklə həbslərinə nail olur və onları həmin donoslarda “siyasi məhbus” adı ilə qeyd edir. Əslində, bu, yeni xəbər deyil, amma yeni olmasa da, bir daha xatırlatmağa dəyər!

Gizli toplantılarda qılıncları Elçibəyin kürəyinə saplayan da Kərimli deyildimi?

Ancaq dərd heç bunda da deyil. Çünki AXCP sədrinin əlinin altında ilişib qalan, həyatları, gələcəkləri zəhərlənən bəzi gənclər də onun kişi aləmində heç də yaxşı qarşılanmayan “stukaçlıq” əməllərini öyrənir, tətbiq edirlər. Məsələn, kimsə kənarda Əli Kərimlinin barəsində mənfi rəy deyərsə, misal üçün deyərsə ki, “bir neçə ildir bu adamın yanındayam, çəkdiyim zəhmətə bir qəpik də qiymət verməyib”, bax, onda həmin sözləri işlədən digəri dərhal həmin məsələni aparıq qoyacaq düz Əli Kərimlinin ovucuna. Bəs necə bilmişdiniz? Məgər Əli Kərimli də bu yollarla sədrlik postunu zəbt etməyibmi? Qəzetlərdə rəhmətlik Elçibəyə söyüş söydürən, təhqir etdirən, gizli toplantılarda qılıncları onun kürəyinə saplayan da Kərimli deyildimi?

İndi donosçuluq ənənəsi AXCP-də bir “məktəbə” çevrilib. Düzdür, o “məktəbi” bitirənlərə diplom-zad verilməsə də, alına yekə bir damğa vurulur – “STUKAÇ”..!

Bütün xəbərlər Facebook səhifəmizdə