Anti-milli ünsürlərlə haqq-hesab çox ağır olacaq

Bu günlərdə Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun "Milli Şura" ilə bağlı dediyi fikirlər məni yaman tutdu. Çünki bu mənəviyyatsızların toplaşbığı bu ölü qurum Ə.Əhmədovun dediyi kimi, bu adı qoymaqla əzər salmaq kifayətdir ki, onun sözün əsl mənasında antimilli şura olduğuna əminlik yaransın: "Özünə şərəfli bir ifadədən istifadə edərək ad qoymuş "Milli Şura"nın nə millət, nə də xalq anlayışları ilə hər hansı əlaqəsinin olmadığını Azərbaycanda uşaq da bilir. Şübhəli və qaranlıq niyyətlərini gizlətmək üçün "xalq”, "millət” anlayışlarının bəzi partiyalar və hərəkatlar tərəfindən konspirativ element kimi istifadə edilməsi tarixdən yaxşı məlumdur. 2013-cü il prezident seçkiləri ərəfəsində müxtəlif adlarla meydana gələn və nəhayət, "milli şura” adını qəbul edən qruplaşmanın Azərbaycanın milli maraqlarından qaynaqlandığını düşünmək siyasi sadəlövhlükdən başqa bir şey deyil. Sadəcə olaraq, həmin qruplaşmanın Azərbaycanın siyasi sisteminə uyğunlaşdırılması məqsədilə onun xalqda rəğbət yarada biləcək ad altında təqdimatı kimi konspirativ metoddan istifadə edildi. Nəticə etibarilə "milli şura” adlanan, əslində millət və xalq anlayışları heç bir əlaqəsi olmayan pozucu, mahiyyətcə isə antimilli qruplaşma yaranmış oldu. Buna görə də onun "milli şura” deyil, "antimilli şura” adlandırılması daha doğru və ədalətli olar”.

Bu reallığı anlaya bilsəydilər. Çünki onların mayası Azərbaycanın reallıqlarını təhrif etmək, onun imicinə ləkə yaxmaq, anti-Azərbaycan təbliğatı aparmaq olub: "Antimilli şurada toplananlar həmin bədniyyət və bəduğurların qalıqlarıdır. Nə yaxşı ki, tariximiz yalnız onlardan ibarət deyil. Müasir tariximiz əsasən və daha çox gəlişi ilə ölkəyə sabitlik, əmin-amanlıq, ruzi-bərəkət gətirənlərin tarixidir. Bir daha onun şahidi olduq ki, heç bir xalq onun tarixini anti-milli ruhlu adamların yazmasına nə razı olar, nə də imkan verər”.

Bəli, nə yaxşı ki, heç bir xalq onun tarixini anti-milli ruhlu adamların yazmasına nə razı olar, nə də imkan verər.

Cəmil Həsənli kimilər "insan" ola bilməz

Bəli, 27 ildir ki, "müxalifət" adı ilə yol gedənlər bu gün sosial söyüş müxalifəti olmaqları ilə dövlətə, xalqa, Azərbaycanın uğurlu inkişafına qara yaxanlar elə zənn edirlər ki, bu əxlaqsızlıqları ilə xalqın dəstəyini bəlkə "qazandılar". Ancaq onların bu "arzusu" "qaşınmayan yerdən qan çıxarmağa" bənzəyir. Necə deyərlər, "qaş düzəltdikləri yerdə vurub göz…" kimi. Ay bədbəxt məxluq, məgər bilmirsiniz ki, 2003-cü ildən zibiliklərin "arxiviə" atılmsınız. Və hər şeyin bir-birinə qarışdırılması, bütün müsbət məqamların "hakimiyyətin məğlubiyyəti" kimi qələmə verilməsi dacıdıcı müxalifətin köhnə xəstəliyidir, amma bu dəfə lap ağ oldu. Fakta əsaslanaq. Belə ki, bu günlərdə dövlət başçısının istər AXCP-Müsavat-la, istərsə "Milli Şura" ilə, istərsə də Ermənistanla bağlı dediyi faktlardan qaşınmaya düşən satqınlar yuvasının - "Milli Şura"nın sədri Cəmil Həsənli sosial şəbəkələrdə ardıcıl olaraq çıxışlar edərək böhtanlar deməkdən usanmır. Və xalqı "Zamandır, "xalqım", evdə oturmaq uçuruma getməkdir. Ayağa qalxın, mitinqə çıxın, çıxış yolu mitinqlərdir", deməsi, həqtqətən də, özünün dediyi kimi, tryapka olduqlarını sübut edir. Bu sözlərdən sonra bir daha əmin oldum ki, C.Həsənli kimilər "insan" ola bilməz. Çünki insanda abır-həya yaxşı şeydir. İnsan özünün ləyaqətinə hörmət etməlidir. Ancaq C.Həsənli satqın, xəyanətkardır.

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət, o cümlədən C.Həsənli kimilə illərdi ki, eyni mühitdə qalıb, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusa çevriliblər. Nəticədə ayaqqabıları belə silməyə lazım olmayan tryapka. Bax, budur həqiqət.

Dövlətin, millətin maraqlarını heçə sayan Ə.Kərimli-C.Həsənli kimi anti-milli ünsürlər çıxışları zamanı bildirir ki, "Azərbaycanda demokratiya, söz, mətbuat azadlığı yoxdur, ölkədə infrastruktur bərbad vəziyyətdədir. Neftin qiyməi ahağı düşüb, pis günlər bundan sonra olacaq" və sonra da işğalçı Ermənistanı müjdafiə etmək, bu artıq Azərbaycan xalqına qarşı bir başa düşmənçilik, xəyanətkarlıq etmək deməkdir.

Və ən önəmlisi isə, dövlət başçımızın koronavirusla bağlı ardıcıl, önəmli addımlar atması və nəticədə xalqımızın öz dövlət başçısı ətrafında həmrəylik göstərməsinə qısqanclıqla yanaşaraq sadəcə erməni dəyirmanına su tökməklə məşğul olmaqdır.

Doğurdan da, insanda abır-həya yaxşı şeydir. İnsan özünün ləyaqətinə hörmət etməlidir. Ancaq C.Həsənli kimilər "insan" ola bilməz.

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır.

Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət, o cümlədən C.Həsənli kimilə illərdi ki, eyni mühitdə qalıb, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusa çevriliblər. Nəticə nə oldu?. Sonda ayaqqabıları belə silməyə lazım olmayan tryapka.

Bax, budur həqiqət.

Dublyor aktyor seçilən Cəmil Həsənli bu rola alışdığından, özünü az qala "siyasi xadim" hesab edir

Cəmil Həsənli heç vaxt siyasətçi kimi qəbul edilməyib. Yalnız 2005-ci ildə partiyanın qərarına tabe olmayıb, parlamentdə oturduğuna görə, partiyadan qovulan orta statistik tarixçi-alim kimi yadda qalıb. 2013-cü ildə "Milli Şura"nın sədrliyinə onun namizədliyi verilərkən, Azərbaycanın siyasi arenasında Cəmil Həsənlinin adını tanıyan yox idi. Müsavat, AXCP və "Milli Şura" onu siyasətə gətirdiyi zaman bu ad ortaya çıxdı və C.Həsənli də öz üzərinə öhdəlik götürdü ki, seçiləcəyi təqdirdə, 2 il müddətinə parlament seçkiləri keçirəcək və daha sonra prezidentlikdən istefa verəcək. Hətta siyasətdən birdəfəlik gedəcəyinə də söz verən Həsənlinin bu sözünü də öhdəlik hesab etmək olar. "Milli Şura"nın sədri postuna siyasətçi kimi deyil, Rüstəm İbrahimbəyovun dublyor aktyoru kimi seçilən C.Həsənli bu rola elə alışdı ki, artıq özünü az qala böyük siyasi xadim hesab etməyə başladı. "Şura" sədrinin eyforiyasını hardasa başa düşmək olar və Əli Kərimlinin atmosferinə, tabeçiliyinə düşdüyü üçün, hərdən elə bilir ki, kiməsə müxalifət lisenziyası belə verə bilər, yaxud kimi gəldi xəyanətkarlıqda ittiham edə bilər. Amma reallıq bundan ibarətdir ki, onun fikri, hətta müxalifətdə təmsil olunanlar arasında belə heç kim üçün önəmli deyil və nə düşündüyünə, hadisələri necə qiymətləndirdiyinə məhəl qoyan yoxdur.

C.Həsənli əgər nə vaxtsa iki ingilis və bir amerikalı ilə görüşübsə, bu, o demək deyil ki, bütün dünyanın nəzəri onun üzərindədir. Kimlərinsə, yəni əcnəbilərin buyruq qulu ola bilər, tapşırıqlarını mütiliklə yerinə yetirə bilər, amma bu, onun nüfuzuna, söz sahibi və siyasətçi olmasına qəti dəlalət etmir. Bəzən vasitəçi, bəzən isə Kərimlinin poçtalyonu rolunda səfərə yollanan "şura" sədri kiminsə maraqlarına xidmət edərkən, özünü siyasi xadim və diplomat hesab edirsə, bərk yanılır. Uzaqbaşı buyruq qulu, marionet təsiri bağışlayan bu adamın siyasi kimliyi elə bu əl buyruqçuluğu çərçivəsindən kənara çıxası deyil.

Görünən kəndə bələdçi lazım deyil və istər Cəmil Həsənlinin, istər Əli Kərimlinin kimliyini tanımayan, istərsə də "Milli Şura"nın nə olduğunu bilməyən yoxdur. Ancaq bir məsləhətimiz olar ki, "Şura" sədri, əslində, "tarixçi"dirsə, onda yaxşı olar ki, elə atıldığı o zibil arxivində eşələnsin.

Etməsə, bədəli böyük olacaq. O zaman atdığı bu böhtalara, satqınçılığa görə xalqın cəzası böyük olacaq və dövlətin, millətin maraqlarını heçə sayan Ə.Kərimli-C.Həsənli kimi anti-milli ünsürlərin şər və böhtanlarını bağışlamayacaq və sərt ölçü götürmələrini, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək. Və bu haqq-hesab isə çox ağır olacaq.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə