Bu günün gəncləri hər zaman cəmiyyətin böyük bir hissəsini təşkil etməklə yanaşı, ictimai həyatda daim fəal rol alıblar. Aqillər hər zaman qeyd ediblər ki, əgər bir ölkəni abadlaşdırmaq istəsələr, onun gənclərinin elm və mənəviyyatına diqqət etməlidirlər. Hələ çox öncələrdən ulularımız deyərdi ki, əgər öz xalqına düşəmən münasibəti göstərənlər ölkəni viran etmək istəsələr, onun cavanlarını əxlaqsızlığa və cahilliyə yönəltməyə cəhd göstərərlər. Necə ki, bunu radikal müxalifət düşərgəsinin "başbilənləri" edirlər. Çünki fəaliyyətdə olduqları bütün dövrlərdə dağıdıcılıq və qaragüruhçuluq timsalında "siyasət" yürüdənlərin əsas məqsədləri məkrli siyasətlərinə cəlb etdikləri sadəlöhv gəncləri şəxsi mənafeləri yolunda zəhərləməkdən ibarət olub. Lakin bunlar anlamırlar ki, cəmiyyətdə mövqe və məqam əldə etməyin yolu iyrənc, özəl dividendlərə hesablanmış siyasət deyil, sivil və demokratik dəyərlərə hörmətdir.

Təəssüflər olsun ki, bu gün radikalizm meyarlarını üstün tutaraq, hakimiyyət hərisliyi ilə alışıb-yananların əksəriyyəti gənclik anlamını daha çox istədiyi kimi yaşamaq, məsuliyyətsiz həyat tərzi keçirmək, başqalarının siyasi təsirləri altına düşmək kimi qavrayırlar. Və təbii ki, gənclik heç də bu deyil. Bu, həm də onu deməyə əsas verir ki, AXCP, Müsavat kimi partiyaların kərimli və qəmbərləri, eləcə də, onların "kərimovçu"-"qəmbərovçu" yollarını azmış gəncləri bu gün dünyanı ağuşuna alan koronavirus epidemiyasına qarşı ən inkişaf etmiş dövlətlər belə mübarizə apara bilmədikləri zamanda bundan öz şəxsi məqsədləri üçün istifadə edən Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və daha çox olan bu parazit viruslar sosial şəbəkələrdən ilk gündən «mitinqə, mitinqə» çağırışları ilə ən çox gəncləri öz çirkin yollarına dəvət etməkdədirlər. Əli Kərimli Sevinc Osmanqızının «Osmanqızı TV»sindən hər gün «evdə qalmağa yox» deyərək çağırışlar etməklə öz "siyasətlərinin" düzgün olduğunu sübut etməyə səy göstərir. Və bu gün müəyyən sifarişlər altında "azadlıq" deyə bar-bar bağıran "zəhərlənmiş" gənclər bilməlidirlər ki, satqınların yolu uçurumdur və əsl azadlıq isə dövlətin gəncliyə verdiyi əvəzsiz dəyərdir.

Və bugün Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və daha onlarca belə viruslar öz şəxsi maraqlarını həyata keçirmək üçün gənclərdən istifadə edirlər. Ancaq gənclik insan ömrünün elə təmiz, elə pak anlarıdır ki, kiçicik bir çirkab belə, onu bulaşdırmağa, alt-üst etməyə kifayət edər. Bunu cəmiyyət kifayət qədər görür. Və onu da görür ki, belə parazitlər daima olub və bugün də koronavirusun dünyanı ağuşuna aldığı bir zamanda çalışıblar ki, bir qrup gəncləri öz çirkin yollarına salsınlar. Və bu gənclər anlamırlar ki, bu kimi Vətən xainlərinin torpağına, elinə, obasına ermənidən betər qənim kəsilən namərdlərin əsl qazancı xalqın nifrətidir.

Aydın Əliyev: "Əli Kərimli özü gəncləri əzir"

AXCP-çi Aydın Əliyev bildirir ki, AXCP sədri Əli Kərimli partiya daxilində də diktatura rejimi qurub: “Fərqli düşünənləri, onun antidemokratik hərəkətinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib böhtanlara məruz qoyub partiyadan uzaqlaşdırıb. Əli Kərimli bir siyasi dələduz olaraq bizi aldadıb. Bu gün də gəncləri aldadaraq öz çirkli oyunlarına qurban vermək istəyir”.

Aydın Əliyev vurğulayıb ki, Əli Kərimli və onun əlaltıları gəncləri öz çirkin əməllərinin qurbanına çevirmək istəyirlər. Belə satqınların toruna düşən gənclər öz gəncliyindən elə istifadə etməlidir ki, sonda onu səadətə və xoşbəxtliyə çatdırsın. Sonradan ömrünün ən parlaq və çağlayan hissəsini boşa verdiyinə görə peşman olmasın. Peşman olmasın ki, zamanında dövlətə, dövlətçiliyə, xalqa və millətə daha çox xeyir verə bilərdi, amma bunun əvəzində, öz gəncliyini kimlərinsə kirli, murdar və məkrli siyasətlərinə qurban verdi. Peşman olmasın ki, təhsilini, elmini artırmaq yerinə, gənc yaşlarından həbslərə düşdü. Peşman olmasın, çünki sonrakı peşmançılıq fayda verməz. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə