Doğrusu, son günlər özünü "müxalifət" adlandıran satqın və quldurların sosial şəbəkələrdə heç bir dövlət rəhbərinin etmədiklərini ölkəmizin Prezidentinin etdikləri bu nailiyyətlərə şər-böhtan yağdırdıqlarına bir-bir diqqət yetirdikdə ağızdolusu LƏNƏTLƏYİRƏM, LƏNƏTLƏYİRƏM ona görə ki, arxivin zibilliklərində eşələnlər özünü "siasətçi", "lider" adlandıranlar YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun dediyi kimi: "Azərbaycan xalqı çox haqlı olaraq, bu şəxslərin üstündən vaxtında xətt çəkib və tarixin arxivinə, zibilliyinə yollayıb".

Deyir haqq nazilər, amma üzülməz. Bəli bu gün Azərbaycanın tarixinə qara ləkə kimi həkk olunan AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri və müxalifətdə olduqları 27 illik ərzində əməlləri, etdikləri cinayətlər unudulmur. Və xalq tərəfindən 2003-cü ildən arxivin zibilliklərinə tulladılan AXC-Müsavat hakimiyyəti dövründə özbaşınalıq, korrupsiya, talançılıq, rüşvətxorluğu da unudulmur. Prezidenti İlham Əliyevin Sumqayıt və Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışlarında fikirləri, ritorikası, səsləndirdiyi qətiyyətli çağırışları açıq-aydın şəkildə bir daha AXC-Müsavat hakimiyyətinin xəyanətkar simasını, anti-demokratik mahiyyətini ifşa etdi.

Bəli, ölkə Prezidenti tamamilə haqlıdır: "Tarix unudulmur və yaxın tariximizin canlı şahidi olan insanlar hələ həyatdadırlar".

Və bu gün bu cinayətkarların "Milli Şura" deyilən əcinələr və böhtanlar yuvası olan qurumda birləşərək keçirilən səviyyəsiz yığıncaqları da bir daha onların əsil simalarını nümayiş etdirir. Və ən böyük dərdləri də nəyin bahasına olursa-olsun xalqın "dəstəyini" qazanmaq. Bu yerdə yaxşı deyilib: "Ac toyuq yuxusunda darı görər". Və bu viruslar hələ də andamır ki, koronavirus hələ Çində epidemiya halında olanda, yəni pandemiyaya çevrilməyəndə hər bir vətəndaşın prezidenti İlham Əliyev artıq bu təhlükəni gördü və buna artıq fevral ayından hazırlıq apardı. Və problem mərhələ-mərhələ vətəndaşları bu virusla mübarizəyə hazırlamaq üçün, yazıçı Yunus Oğuzu dediyi kimi "yumşaq təzyiq siyasət" apardı və bunu da xalq alqışladı. Nəticəsi nə olud? Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə bu epidemiyaya tutulan və itkilərinin az olmasına görə birinci yerdə olduğu bildirildi. Bax, budur LİDER və XALQIN PREZİDENTİ olmaq. Budur DÖVLƏT-PREZİDENT- XALQ faktoru birliyinin bariz mücəssəməsi. Çünki bütün çətin məqamlarda Prezident İlham Əliyev həmişə xalqının, hər bir vətnədaşının yanında olub, bütün mümkün önləyici tədbirlərin dərhal reallaşdırılması üçün göstərişlərini verib. Ən əsas isə, karantin rejiminin elan olunmasından başlayaraq vətəndaşların sağlamlıqlarının mühafizəsi yönündə atılan addımlar, həmçinin sosial təminat və ərzaq təhlükəsizliyinin qorunub-saxlanılması, bolluq təminatı, qiymətlərin artırılmaması, karantin rejimində qalan vətəndaşların əmək haqlarının ödənilməsi, sosial ehtiyacları olan insanlara birdəfəlik ödənişlərin verilməsi, təqaüdlərin ödənişi, sosial qayğıya ehtiyacı olan yaşlıların diqqətdə saxlanılması, xarici ölkələrdə qalan vətəndaşlarımızın ölkəyə geri gətirilməsi və s. kimi faktlar LİDER-XALQ birliyinin nəticəsidir.

Ancaq "Milli Şura"da başdan-ayağa kimi çirkaba bulaşmış satqınlar iyrəncdir danışıqları xalq tərəfindən daha çox lənətlənirlər. Çünki bu siyasi quldur və Vətən xainlərindən, üzüdönüklərdən və yolunu azanlardan daha adam olmaz. Dediyim odur ki, milçək murdar olmasa da, ürək bulandırır. Belələri Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevrilməsinə qarşı çıxış edən aşkar düşmənlərimiz - ermənilərin nökərləridirlər və lazım olan zaman çoxdan çatıb. Həmin zaman ki, belə xainlər barədə ciddi ölçülər götürülsün!

Bu yerdə ADP sədri Sərdar Cəlaloğlunun dediyi fikirlər yada düşür: "Kəssək oturub daş üçün ağlayır".

Bəli, budur həqiqət. Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Əli Kərimli və onun kimi anti-milli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid edilmələrini vaxtıdır.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə