Cəmil Həsənli nəhayət ki, öz "dəyərini" anlaya bildi…

Bu günlərdə jurnalist Eynulla Fətullayevin sosial şəbəkədə AXCP sədri Əli Kərimli ilə bağlı yazısını oxuyarkən dedikləri ilə tam şərik olduğumu bildirdim. E.Fəttullayev yazır ki, "siyasətçi ikiüzlü tərzdə yalan danışa bilərmi?! Yalan danışmalı, ya danışmamalı - budur bütün məsələ. Dünyamız qədər əbədi olan bu dilemma mənəviyyatçılarla makiavelliçiləri az qala keçilməz barrikadalar kimi ayırıb. Lakin biz hamımız, demək olar ki, siyasətdə makiavelliçilərin çoxluğu ilə barışmışıq, teatr səhnəsindəki bütün aktyorları ya şir, ya da tülkü kimi qəbul edirik. Azərbaycanın siyasi səhnəsində məğrur və əyilməz şirlərdən daha çox kürən və hiyləgər tülkülər var-gəl edir. Makiavelliyə görə, nağıllarda və elə təbiətdə olduğu kimi, tülkü siyasətçi kişiliyi və şərəfi deyil, qəddar yalanı simvolizə edir".

Bəli, bu gün satqın Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və bu kimi ikiüzlü kürən, hiyləgər, şərəfsiz, əxlaqsız, mənəviyyatsız makiavelliçiləri var. Və görününr son vaxtlar kim olduqlarını anlayırlar.

Elə bu günlərdə "Milli Şura"nın sədri Cəmil Həsənli hökumətlə dialoqa gedən müxalifətçilərə “tryapka” deyərək təhqir etməsindən sonra bir söz deməyə ehtiyac duymadığımı fikirləşdim. Ancaq sonradan fikrimldən çəkindim. Çünki dünən kimi, özlərini "lider" sayan bu satqınlar hətta, özlərini "görkəmli, tarixi şəxsiyyətlərə" bənzədirdilər və onların kimliyini sübut edən faktlara da etiraz edirdilər. Nəhayət ki, C.Həsənlinin dediyi kimi, müxalifət düşərgəsinin "tryapka"larıdır. C.Həsənli də belə deyi: "İndi dialoqa gedənlər elə “tryapka”ya çevrilib ki, o “tryapka” ilə heç ayaqqabı da silmək olmaz”.

Hər zaman belə olub, indi də belədir. Dünyanı ağuşuna alan koronavirusa qarşı mübarimzə aparan bu tryapkalar dövlətin koronavirusla mübarizədə bir sıra və ardıcıl, önəmli addımlar atması və nəticədə xalqımızın öz dövlət başçısı ətrafında həmrəylik göstərməsinə qısqanclıqla yanaşaraq sadəcə erməni dəyirmanına su tökməklə məşğul olublar. Ən nifrət doğuran isə, dövlətin koronavirusla mübarizədə atdığı ardıcıl və önəmli addımlardan yerində qıvrıla-qıvrıla qalan C.Həsənlinin ardıcıl olaraq sosial şəbəkələrdən sərsəm fikirlər səsləndirərək "evdə qalmaqla" problemlər həll olunmur. Bunun çıxış yolu mitinqlərdir" deməsi, həqtqətən də "tryapka" olduqlarını sübut edirdi və bu gün bu faktoru özləri də təsdiqlədi. Doğurdan da, insanda abır-həya yaxşı şeydir. İnsan özünün ləyaqətinə hörmət etməlidir. Ancaq C.Həsənli kimilər "insan" ola bilməz.

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət, o cümlədən C.Həsənli kimilə illərdi ki, eyni mühitdə qalıb, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusa çevriliblər. Nəticə nə oldu?. Sonda ayaqqabıları belə silməyə lazım olmayan tryapka.

Bax, budur həqiqət. Ona görə də, Azərbaycan xalqı koronavirus epidemiyasından çıxdıqdan sonra dövlətin, millətin maraqlarını heçə sayan Ə.Kərimli-C.Həsənli kimi anti-milli ünsürlərin şər və böhtanlarını bağışlamayacaq və sərt ölçü götürmələrini, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək. Və bu haqq-hesab isə çox ağır olacaq.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə