Qəribə sözdür? Bəlkə də... Ancaq 27 ildir ki, müxalifətin çənəsi dayanmaq bilmir. Elə boş-boş hay-küy salaraq, həyasızcasına utanmadan kütləvi aksiyalar keçirməklə çənələrinə güc verirlər. Koronavirus zamanında da "evdə qal"a əməl etməyən radikal müxalifətin əsas satqın viruslarından olan Əli Kərimli, Cəmil həsənli, Gültəkin Hacıbəyli və… bu fərdlər yenə də çənələrinə güc verərək sosial şəbəkələrdə "evdə qalla mübarizədə mitinq" deyə qışqırsalar da səslərini ancaq özləri eşidirdi. Belə bir deyim var: "çox danışma çənən çıxar". Hardaydı o gün. Ancaq o qədər həyasızdırlar ki, çənələri çıxanda da başlayırlar əl-qol atmağa. Oturub bir anlığa müxalifət düşərgəsinin keçdiyi uğursuz və biabırçı yola nəzər yetirdikdə, öz-özümə fikirləşirəm, üzü padoj buna deyirlər. Qınamayın məni, təhqir etmirəm. Sözümün canı var. Belə ki, bəlli olan reallıq budur ki, bu o radikal müxalifətidir ki, 27 ildir ki, yarandığı gündən etibarən mövcud iqtidarla baş-başa gəlməyi bacarmayıb. Ona rəqib, alternativ ola bilməyib. Yəni nə ağıl, nə siyasi resurs, nə də səmimiyyət mövzusunda. Bu günə qədər müxalifət adına sıralanan bütün biabırçı, rüsvayçı məğlubiyyətlərin də səbəbi məhz budur. Durum dünən də dəyişməyib, bu gün də, sabah da dəyişməyəcək. Və dağıdıcı müxalifətin eyni adlı estafeti bu gün də davam etməkdədir. Özü də ünvansız bir yol boyunca. Və bu gün bu başıpozuq satqın dağıdıcı düşərgə "liderləri" çətinə düşəndə də başlayırlar hansısa əndrabadi bir qurum yaratmağa və həmin ölü qurumda başgirləməyə. Bunu görə-görə gəlmişik: "SİDSUH"-dan tutmuş ta üzü bəriyə qədər, məsələn "Milli Şura"ya qədər...

Səbəb yalnız budur! Bəli, artıq bir şey qalmayıb. Odur ki, adı ciddi olmayan qurumların fəaliyyətindən də ciddi nəsə gözləməyə dəyməz. Ayrıca düşünmək olar ki, adlarındakı hərf sayı üzvlərinin sayından daha çox olan partiyalar daha yaxşı olar yarı yoldan qayıdıb abırlarına, varsa, sıxılsınlar abırlarına. Sıxıla da bilməzlər. Çünki AXCP, Müsavatözlərini cırtdan partiyaların "böyük" və "ağır" "abiləri" hesab edirlər. Prosesə bu qədər tez qoşulmağı da olmayan reputasiyalarına sığışdırmırlar, vəssalam. Səbəb yalnız budur!

Bu o satqın və xainlərdir ki, bir qəpiyə belə satıb, satılırlar. Sonra da başlayırlar qurşaqdan aşağı nə qədər xoruz səsəi eşidilməyən söyüşlər söyməyə. Daha doğrusu, qarşıda hələ Əli Kərimlinin Cəmil Həsənli başda olmaqla "Milli Şura" ilə uzun müddətdən bəri çəkilməmiş qalan haqq-hesab var...Bax, budur, müxalifət "liderləri"nin simaları. Məğlubiyyət bu satqınların qabiliyyətinə, istəyinə, səmimiyyətinə, gücünə tam adekvat olan bir yekundur. Və ən gülünc məsələ ondadır ki, 5-10 nəfərin iştirak etdiyi uğursuz, biabırçı məğlubiyyət qarşısında həyasızcasına deyirlər ki, "bu müxalifətin kütləviliyidir". Həyasızlığın son həddi buna deyilir. Bu yerdə soruşmaq lazımdır, "ay boş bardağı dolu çanağa vuran ölü müxalifət" bunların "kütləvi" olması üçün adam da yoxdur axı. Sual olunur, hansı kütlə və ya hansı kütləvilikdən söhbət gedir? 27 ildir ki, 2müxalifətçiyəm" deyə-deyə uğursuz yol gedirsiniz, nə əldə etmisiniz? Nifrət! Mənəviyatsız, əxlaqsız erməni qulbeçələri olan Əli Kərimliyə, İsa Qəmbərə, Cəmil Həsənliyə, Arif Hacıya və... yaraşan da elə budur. Bir də, bu fərdlər öz abırına hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə hakimdir və əsla hansısa siyasi qüvvə üçün xüsusi ayrıcalıqlar tətbiq etməyib. Hər bir siyasi qüvvənin mövcudluğuna da, fəaliyyətinə də bərabər təminatlar yaradıb. Ancaq bu koronavirus zamanında yenə də Əli Kərimli "kor tutuduğunu buraxmadığı" kimi pandemiyay qarşı dövlətin apardığı qanunlara tabe olmaq istəməyərək sosial şəbəkələrdə hay-həşir salaraq evdə qalmağı "dustaq", ortada qalan Gültəkin Hacıbəyli "konslagerdən xilas olmağın yolu mitinqdir", müxalifət düşərgəsinin əcinələr yuvası olan "Milli Şura"-nın "ipli kuklası" qoca "professor" Cəmil Həsənli "virusa aludə olmaq yox, mitnqə çıxmaq" kimi "nəhəng" bəyanatlar verir ki, düşünürsən və deyirsən, belə getsə, bunlar "vot-vot" koronanı da "hop edəcəklər". Daha onlara deyən yoxdur ki, ay filankəs... sən hələ kimliyini bilir, sonra da başla… Ancaq birdən düşünürsən ki, belə səviyyəsiz, savadsız və satqınlardan bundan savayı nə gözləmək olar? Sən hara, koronavirusla bağlı «siyasət aparmaq» hara...Çünki onların əsas amalı xalqın bu virusa düçar olması deyil, məhz daha çox gəlir əldə etmək, Conlara, Devidlərə etdikləri nökərçiliyə görə qrantdan-filandan qazanıb cibişdana ötürsünlər. İndii də koronavirusla mübarizədə yumuşalmanın baş verdiyini zamanda sosial şəbəkələrdə hay-həşir salaraq "bu gün ev dustağı olanlar hamılıqla öz hüquqlarınızı əldə etmək üçün mitinqlərə çıxmalıyıq" çağırışlarını görəndə, matım-qutum quruyur. Savadsız buna deyərlər. Əlbəttə ki, xəyanət, satqınlıq, iblis xisləti ilə erməni lobbisinin, anti-Azərbaycan dairələrin xidmətçisi kimi 27 il ərzində çıxış edən Əli Kərimli, Cəmil Həsənli və…kimi iblis xislətlilər belə olub, bundan sonra da belə olacaqlar. Necə deyərlər "qozbeli qəbir düzəldər". Və belə satqın və mənəviyyatsızlar koronavirusa qarşı mübarizə olaraq karantin qaydalarına əməl etmək üçün "evdə qal" kampaniyasının aparıldığı, hamının evdə oturduğu bir vaxtda özünün evdə qalmağını “ev dustaqlığı”, “ev konslageri" kimi qələmə verərək və bu qanunları pozduğuna görə məsuliyyətə cəlb olunan şəxsləri “koronovirus məhbusları” elan edən ruhunu şeytana satan erməniqulbeçələrinin nə demək istədikləri bəllidir.

Ancaq bu satqın və müalicəsi mümkünsüz olan Vətən əxlaqından, milli mənlik şüurundan, məntiq və zəka gücündən mərhum olan, xalqa və milli dövlətçiliyin qəsdinə duran bu “ruhunu şeytana satan” xəyanətkar viruslar bilməlidirlər ki, gec-tez öz layiqli cəzalarını alacaq, istəklərinə çata bilməyəcəklər. Bax, bunu zaman göstərəcək.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə