Ruhunu şeytana satan “virtual terroristlər”

Doğru deyirlər ki, bu siyasət elə bir şeydir ki, həqiqətən də onun nə dalı, nə də ki, qabağı görünmür. Xüsusilə də, koronavirus bütün dünyanı ağuşuna aldığı bir zamanda… Bu da təəccüb doğurmur. Çünki onların siyasətlərini özləri deyil, məhz başqaları yürüdür! Belələrinə isə siyasətçi yox, siyasətbaz deyilir. Diqqət yetirsək onu da görərik ki, müxalifət siyasətbazları arasında hər cür fərdlərə rast gəlmək mümkündür. Boş-boş vədlər verən, uydurma, həqiqətə uyğun olmayan, boğazdanyuxarı çıxışlarla lazımsız dividend qazanmağa çalışan, keçmişi olmayan, bu günü müəmmalı, sabahı isə görünməyənlərə bu müxalifətdə çox rast gəlmək olur.

Ancaq nə fərqi var ki? Bütün bu kimi hallara baxmayaraq, həmin siyasətbazlar özlərini cəmiyyətə tam fərqli formada təqdim etməyə, yəni əslində olduqlarından fərqli görünməyə can atırlar. Bu tip siyasətbazların iddiaları isə reallıqla heç cür üst-üstə düşmür və belə davam edəcəksə, heç düşməyəcək də. Çünki onlar potensiallarını düzgün qiymətləndirmədən daim qədərindən artığına yiyələnməyə çalışırlar. Elə AXCP sədri Əli Kərimli, Müsavatın sabiq başqanı İsa Qəmbər, müsavat başqanı Arif Hacılı, "Milli Şura" sədri Cəmil Həsənli və... bu dəllallar və onların yan-yörələrində olan o oyunbazlar bütün oyunlardan çıxmağı bacarırlar. Hələ "cırtdan" partiyaların sədrciklərini demirəm. Onlar danışanda adam lap mat-məhəttəl qalır. Deyirsən ki, buna dağ versən, dağı ikicə dəqiqənin içində "yıxıb-qoyar böyrü üstdə".

Məsələn, VAMBP sədri Hacıbaba Əzimov, "Azadlıq" partiyasının sədri Əhməd Oruc, AXP sədri Pəhan Hüseyn və nə qədər belə tör-töküntülər var, danışanda şəxsən məni az qala xof tutsun. Hətta bəzi hallarda gecələr gözümə yuxu-zad da gəlmir. Qardaş, bir də görürsən ki, "cırtdan" partiyanın sədri sosial şəbəkədə, "virusa aludə olmaq yox, mitnqə çıxmaq" kimi «nəhəng" bəyanatlar verir ki, düşünürsən və deyirsən, belə getsə, bunlar "vot-vot" koronanı da "hop edəcəklər". Daha onlara deyən yoxdur ki, ay filankəs... sənin ətin nədir, budun nə?! Ancaq bir tərəfə baxanda, belə səviyyəsiz, savadsız və satqınlardan bundan savayı nə gözləmək olar? Sən hara, koronavirusla bağlı «siyasət aparmaq» hara...Çünki onların əsas amalı xalqın bu virusa düçar olması deyil, məhz daha çox gəlir əldə etmək, Qərbli Con, Devid əmilərindən qrantdan-filandan qazanıb cibişdana ötürməkdir. Və belə bir zamanda satqın virusların "lideri" Əli Kərimlinin bu günlərdə yenidən sosial şəbəkələrdə hay-həşir salaraq "bu gün ev dustağı olmaq insanların hüqularının pozulmasıdır və hamılıqla öz hüquqlarınızı əldə etmək üçün mitinqlərə çıxın" deməsini görəndə, matım-qutum quruyur. Bu günə kimi görəsən belə bir savadsız necə bu illər ərzində partiyaya sədrlik edib? Aydındır, əlbəttə ki, bu illər ərzində Əli Kərimli xəyanəti, satqınlığı, iblis xisləti ilə erməni lobbisinin, anti-Azərbaycan dairələrin xidmətçisi kimi çıxış edib. Əlbəttə ki, bu 27 il ərzində Əli Kərimli hiyləgər planları ilə dostlarını, həmfikirlərini öz şəxsi ambisiyalarına və karyerasına qurban verməklə. Bu o iblis xislətli Əli Kərimlidir ki, hətta lider hesab etdiyi Əbülfəz Elçibəyin Türkiyədə müalicəsi üçün ayrılmış 150 min dolları, Çöhrəqaninin gözlərinin müalicəsi üçün Azərbaycanda toplanmış vəsaiti mənimsəyərək əsl simasını nümayiş etdirərkən heç ölüb-yerə də girmədi. Əksinə, ermənilərdən pul almaqla, rəqiblərinin əleyhinə bütün separat danışıqlara getməklə üzünə belə tüpürülən tüpürcəyi silib, o biri üzünə tüpürənləri də vecinə almadığını göstərməklə bir daha nə qədər ləyaqətsiz, mənəviyyatsız olduğunu göstəriməkdədir. Və belə satqın və mənəviyyatsızlar koronavirusa qarşı mübarizə olaraq karantin qaydalarına əməl etmək üçün "evdə qal" kampaniyasının aparıldığı, hamının evdə oturduğu bir vaxtda özünün evdə qalmağını “ev dustaqlığı”, “ev konslageri" kimi qələmə verərək və bu qanunları pozduğuna görə məsuliyyətə cəlb olunan şəxsləri “koronovirus məhbusları” elan edən ruhunu şeytana satan erməniqulbeçələrinin nə demək istədikləri bəllidir. Və hər dəfə sosial şəbəkələrdə belə harınlaşan, quduzlaşan Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Gültəkin Hacıbəylini… və bu kimi tarixin zibilliyində eşələnən virusların çışlarını görəndə, bir daha əmin oluram ki, virus üçün fərqi yoxdur ki, sən hansı partiyanın üzvüsən, amma təəssüf ki, "siyasi viruslar" üçün fərqi var.

Azərbaycanın güclənməsini istəməyən, onu daim tənəzzül edən, xaos, anarxiya girdabında boğulan bir ölkə kimi görmək istəyən antiazərbaycan dairələr bütün qüvvələrini cəmləşdirərək “ənənəvi üsullar”dan istifadə edərək ölkəmizə qarşı “qara piar” kampaniyası aparmaqla yanaşı, yeni məkrli planlar hazırlayıb, onları reallaşdırmaq üçün min bir oyundan çıxırlar. Və bu gün də Avropanın müxtəlif ölkələrində “mühacir” statusu ilə veyl-sərgərdan həyat tərzi yaşayan, xarici kəşfiyyat orqanları tərəfindən ələ alınan bəzi xəyanətkarların himayədarlığı və maliyyəsi ilə “söyüş makinası” funksiyasını yerinə yetirərək dövlətimizi, dövlətçiliyimizi və onların simvollarını alçaqcasına təhqir edən Qurban Məmmədov, Oruduxan Teymurxan, Tural Sadıqlı, Həbib Müntəzir, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli kimi milli dönüklər, “virtual terroristlər” bu məkrli və çirkin prosesin önündə gedərək antiazərbaycan şəbəkənin sifarişlərini yerinə yetirmək üçün ən əxlaqsız, mənəviyyatsız üsullara əl atırlar.

"Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayacaqdır"

Bəli, hələ də anlamırlar ki, Prezidentimizi xalq dəstəkləyir. Xalqın gücünün olduğu yerdə, heç bir xarici qüvvə nəsə etmək imkanına malik deyil: "Bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayacaqdır".

Bəli, istər ölkə daxilindəki, istərsə də müxtəlif xarici ölkələrdə məskunlaşmış antimilli ünsürlər bilməlidirlər ki, bu gün xalq öz Prezidentinə inanır və Onun yanındadır.

Və Vətən əxlaqından, milli mənlik şüurundan, məntiq və zəka gücündən mərhum olan, xalqa və milli dövlətçiliyin qəsdinə duran bu “ruhunu şeytana satan” xəyanətkarlar isə gec-tez öz layiqli cəzalarını alacaqlar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...