Əslində bu gerçəklik həm də aksiomadır. Yəni lider xalqının maraqlarının təmin olunmasında xarizmatik keyfiyyətlərini ortaya qoymaqla həm də iradəsini nümayiş etdirir – millətinə, dövlətinə xidmət iradəsini... Bu tarixdir və tarixi geri qaytarmaq mümkün deyil, onu olduğu kimi qəbul etmək lazımdır. Çünki o, yalanı sevmir.

Ancaq bu gün müxalifət düşərgəsi deyilən dağıdıcı bir məkanda özlərini "siyasətçi" adlandıran "liderlər"də nə siyasət, nə də əxlaq var və xüsusilə də, dünyanın bu gün koronavirusla mübarizə apardığı zamanda dağıdıcı düşərgənin «müxalifət» adlandıran satqın və quldurları isə sosial şəbəkələrdə heç bir dövlət rəhbərinin etmədiklərini ölkəmizin Prezidentinin etdikləri və bu nailiyyətlərə şər-böhtan yağdırmaqla Doğrudur, bu lənətlənənlər elə gönüqalıdırlar ki, 27 ildən çox müddətdir ki, arxivin zibilliklərində eşələnlər bütün tüpürcəkləri belə götürürlər. Çünki onlar özləri başdan-ayağa kimi çirkaba bulaşmış viruslardır, danışıqları da iyrəncdir, vücudları da! Nəticədə də nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul etmirlər. Çünki onlar anlamırlar ki, siyasət heç də həmişə əxlaq peşəsi hesab olunmayıb. Bu yerdə ABŞ-ın tanınmış siyasətçilərindən birinin dediyi fikri xatırlamaq yerinə düşər: "Siyasətçi valideynlərini qətlə yetirən, sonra yetim olduğuna görə məhkəmədən aman gözləyən insana bənzəyir".

Dağıdıcı müxalifətin, nəinki bugünkü, ümumiyyətlə, atdığı bütün addımlar xaricdəki erməni lobbi təşkilatlarının və xaricdəki anti-Azərbaycan qüvvələrin fəaliyyəti ilə paralellik təşkil edir. Bu bədbəxt ünsürlər gecə-gündüz Azərbaycan dövlətinə və millətinə qarşı anti-təbliğat kampaniyası aparan erməni lobbisinin vasitəsinə çevrilməklə, məhz onların planı əsasında fəaliyyət göstəriblər. Artıq hər kəs bilir ki, dağıdıcı müxalifətin "mübarizə strategiyası" təkcə hakimiyyətə qarşı deyil, eyni zamanda, dövlətə, dövlətçiliyə, xalqa, bütövlükdə, Azərbaycanın müstəqilliyinə, varlığına və haqlı mücadiləsinə qarşı yönəlib. Əbəs yerə deyil ki, düşərgə "liderləri" zaman-zaman ermənilərə "qardaş" deyənləri daim müdafiə ediblər. Və ağı qara görmək, uğurlara kölgə salmaq, vətəni qrantlara satanlar bir dfaktı unudurlar ki, tarixi geri qaytarmaq, nə də onu silmək mümkün deyil.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə