Müxalifətin köməyinə koronavirusda çatmadı

Bütün dünyaya bəlli olan fakt ondan ibarətdir ki, bəşəri bəlaya çevrilən koronavirus epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan dövləti beynəlxalq aləmə nümunə ola biləcək müsbət nəticələr əldə etdir. Məhz atılan müdirik addımların, verilən mütərəqqi qərarların nəticəsi olaraq ölkəmizdə koronavirusa yoluxanların və həyatlarını itirənlərin sayı digər ölkələrldən qat-qat aşağıdır. Bunun fonunda əhalinin sosial təminatı da dünya ölkələri ilə müqayisədə yüksəkdir. Bütün bunlar dövlətin hər bir vətəndaşının yanında olduğunu göstərir. Həm də, vətəndaşların sosial təminatı və sağlamlığı dövlətimizin başlıca prinsipi olduğu təsdiqlənir. Ümumiyyətlə demək olar ki, aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində pandemiya dövründə belə, ölkə əhasinin sosial-iqtisadi durumu dostları sevindirib, düşmənləri xar edəcək yüksək uğurlara nail olunub. Təəssüfki, bütün sahələdə müsbət dəyişikliklər baş versədə, müxalif düşərgə hələ də, ötən əsrin 90-cı illərinin abi-həvasında və təfəkküründədir. Yəni, dəyişən yalnız saç düzümləri və əyinlərindədki bər-bəzəkli libaslarıdır. Daxili aləmləri və siyasi bilikləri meydan dövrünün düşüncəsində qalmaqdadır. Azərbaycanın uğuruna qısqanclıqla yanaşan dağıdıcı müxalifət əldə olunan nailiyyətlərə kögə salamaq üçün hər cür vasitə və üsüldan istifadə edir, hətta erməni lobbisi ilə əməkdaşlıq etməkdən çəkinməyir. Bu isə onların bütün dəyərləri arxa plana keçirdiklərini göstərir. Həm də, bir daha təsdiq olunur ki, dağıdıcı müxalif ünsürləri milli və dövlətçilik maraqları, demokratiya, insan hüquqları və s. maraqlandırmır.

Əli Kərimli batır

AXCP, Müsavat kimi müxalif tör-töküntüləri mövcud demokratik mühitdən faydalanaraq xarici ağalarının sifarişlərinə uyğun olaraq ölkəmizdəki, mövcud içtimai-siyasi mühiti pozmağa və qarşıdurmalarla müşayət oluna biləcək hadisələr yaratmağa çalışırlar. ADMP-nin sədri, millət vəkili Elşən Musayev “Səs” qəzetinə açıqlamsında bildirdi ki, “Milli Şura”, Əli Kərimli və onların təəsübkeşləri Azərbaycan xalqının açıq və birmənalı düşmənləridir: “Koronavirus dövründə müşayət edilən hadisələr də bir daha sübut etdi ki, belələrinin əsl layiq olduğu yer siyasət məkanı deyil, tarixin zibilliyidir! O yer ki, illərdir məskunlaşıblar, gömülüb qalıblar. O yer ki, ömürlük ünvanları olacaq. Əli Kərimli ətrafında saxladığı qolçomaqlarla internet üzərindən hücumlar edir, ölkədəki sabit və idarə olunan vəziyyətə kölgə salmağa çalışır, özünün quruluşçu rejissorluğu ilə yeni tamaşa səhnələri qurur, ictimai rəyi üzərinə çəkmək üçün dəridən qabıqdan çıxır, vurnuxur. Fəqət, çıfayda. Effekt yoxdur. Əksinə, maraq daha da azalıb. Bəyin “layk”ları tükənib. Diqqət sıfırdır. Bata bildikcə batır bu adam”. E.Musayev onu da bildirdi ki, Azərbaycan dövləti ayaq üstdədir: “Hökümət tərəfindən atılan bütün addımlar yerindədir və düzgündür. Artıq xəstəliyə yoluxanlarla sağalanların arasındakı fərq ciddi bir şəkildə ikincinin xeyirinə doğru dəyişməyə başlayıb. Ümumbəşəri pandemiya üzərində qələbə qazanacağımız gün çox yaxındadır. Bu isə o dməkdir ki, “Milli Şura” ətrafında cəmlənən radikalların köməyinə koronavirus da çatmadı. Mənfur ünsürlər yenə öz xislətlərinin badına getdilər. Qazdıqları quyuya düşdülər. Arzuları bətndəcə dəfn olundu”.

Müxalifəti iflas gözləyir

Dağıdıcı müxalifəti xalq, millət deyil, öz şəxsi maraqları düşündürür. Həmin maraqlar da kənardan pul, qrant vasitəsilə təmin olunanda proses başlayır. Bu baxımdan demək olar ki, bu gün ki, dağıdıcı müxalifət heç də müstəqil deyil. Yəni partiya sədrlərinin əlləri hansısa xarici qüvvələrin ciblərindədir. Atdıqları addımlar, verdikləri qərarlar “əl əli yuyar, əldə dönüb üzü yuyar” prinsipinə əsaslanır. Xaricdən maddi mənəvi dəstək göstərilməsi müqabilində dağıdıcı ünsürlər ölkədə məkrli, pozucu planlar həyata keçirməyə cəhdlər göstərirlər. Düzdür, bu kimi cəhdlər uğursuzluqla nəticələnir. Çünki, pozucu qüvvələr üçün Azərbaycanda geniş imkan yoxdur. Digər tərəfdən xalq onları qətiyyətlə rədd edir. Bir sözlə dağıdıcı müxalifətin pozuculuğa və təxribatlara hesablanan siyasəti bir daha onu deməyə əsas verir ki, onlar xalqa və dövlətə düşmən kəsiblər. Yəni, öz məkrli palanlarını və eləcə də, xarici qüvvələrin pozuculuğa yonələn sifarişlərini yerinə yetirmək üçün şeytanla belə əməkdaşlıq münasibətləri qurmaqdan çəkinməzlər. Müstəqil düşünmək və addımlar atmaq imkanına malik olmayan müxalifət partiyaları və onların liderləri təbii olaraq məhvə məhkum olmalıdırlarlar. Başqa cür də, ola bilməz. Çünki, məsəl var deyərlər, “özgə işığına arxayın olanlar, gecə şamsız qalar”. AXCP, Müsavat kimi xalqdan ayrı düşən partiya liderləri ümidlərini daha çox xarici maraqlı dairələrə bağlayıb, Azərbaycan xalqına düşmən kəsildiklərindən onları sonu görünməyən zülmət qaranlıq gözləyir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə