Az qala iki aydır ki, bütün dünya, o cümlədən dünyanın bir parçası olan Azərbaycan gözəgörünməz bir düşmənlə savaşdadı. İnkişaf etmiş əksər ölkələrdən fərqli olaraq Azərbaycan dövlətinin vaxtında problemin ciddiliyinin fərqinə varması, ən ciddi və düşünülmüş addımlar atması xalqımızı bu pondemiya bəlasından minimum itkilərlə uzaqlaşdırmağa, artıq demək olar ki, imkan yaratdı. Bu fakt indiki Azərbaycan iqtidarının sözdə deyil, əməldə xalqın, vətəndaşların yanında olduğunu, hər bir vətəndaşın taleyinə nə qədər məsuliyyət hissi ilə yanaşdığını bir daha ortaya qoymuş oldu. Təkcə pondemiya dövründəmi gördük bu qətiyyəti? Təbii ki, cavab birmənalıdır:YOX!.Qaçqın və məcburi köçkünlərin, vətən əlillərinin, şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin atdığı addımlar, cəmiyyətin həssas təbəqələrinin sosial şəraitinin durmadan yaxşılaşdırılması, həm paytaxtın, həm də regionların iyirmi il ərzində görkəminin tamamən dəyişməsi, əhalinin bütün infrastrutur ehtiyaclarının təmin edilməsinə yönəlik görülən işlər, ən bağlıcası isə, erməni lobbisinin təsiri altında olan dünya güclərinin hər cür təzyiqlərinə baxmayaraq Dağlıq Qarabağ məsələsinin həllində nümayiş etdirilən birmənalı mövqe...

Bütün bunlar hakimiyyətin xalq üçün, onun problemlərinin həlli üçün çalışdığını, həm də qətiyyətlə çalışdığını göstərir. Son Prezident seçkilərindən sonra vüsət alan firavan və şəffaf Azərbaycan naminə tədbirlər isə, ölkə başçısının bütün dövrlərdə olduğu kimi bu dəfə də vədinə sadiqliyinin ən parlaq göstəricisidir. Aparılan kadr və idarəetmə islahatları saflaşmaya doğru iri addımlarla irəliləmənin bariz göstəricisidir və bunun nəticəsini bütün cəmiyyət özünün məişət şəraitinin yaxşılaşması ilə birbaşa hiss edir. Hesab edurəm ki, cəmi iki ildə ölkəmizdə Prezidentin rəhbərliyi altında görülən bu işləri hakimiyyətdaxili inqilab adlandırmaq üçün bütün əsaslar var. Yazıma koronovirus pondemiyası ilə başlamağım təsadüf deyil. Çoxlarında belə bir düşüncə formalaşmağa başlamışdı ki, artıq bu bəşəri bəla ölkə rəhbərliyini saflaşma uğrunda mübarizədən çəkindirəcək və kadrlara olan tələbkarlıq səngiyəcək.

Lakin bir gün öncə Biləsuvar rayonunda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi məlum əməliyyat, dövlətin bu məsələdə də nə qədər qətiyyətli olduğunu bir daha ortaya qoydu. Ölkə başçısı bütün çıxışlarında məmurlara mesajlar göndərir, onlara özlərini dəyişmək, yalnız xalq üçün fəaliyyət göstərmək çağırışları edir. Hətta koronovirusla bağlı ən gərgin məqamlarda belə Prezident bu mövzuya toxunmadan keçməmiş, hər kəsi yeni təfəkkürlə işləməyə dəvət etmişdir. Nə yazıqlar ki, əli rüşvətə, korrupsiyaya öyrənmiş, bunu özünün yaşam tərzinə çevirmiş bəzi məmurlar bütün bu mesaj və çağırışlardan nəticə çıxarmaq istəmir və əvvəlki qayda ilə işləməyə cəhd edirlər. Məhz pondemiyanın hələ də səngimədiyi indiki məqamda Biləsuvarda bu əməliyyatın uğurla keçirilməsi, ölkə rəhbərliyinin şəffaf Azərbaycan yaratmaq uğrundakı inqilabi mübarizəsinin nə qədər qətiyyətli olduğunun növbəti təstiqidir. Məmurlara növbəti dəfə ən kəskin şəkildə mesaj verildi ki, nə pondemiya, nə bəzi xarici qüvvələrin təzyiqi,nə də mövqeyindən qovulmuş məmurlardan bəzilərinin revanş istəyi ilə cəmiyyətə saxta məlumatlar ötürmələri ölkə rəhbərliyini başlanmış və müvəffəqiyyətlə davam edən korrupsiyasız Azərbaycan uğrunda mübarizəsindən döndərə bilməyəcək.

Elə bu məqamda aparılan mübarizənin daha keyfiyyətlə irəliləməsində vətəndaşların, sadə insanların nə etməli olduğu haqda da bir-iki kəlmə deməyi vacib hesab edirəm. Artıq sirr deyil ki, son iki ildə tutduqları vəzifədən sui-istifadə edən, vəzifəsindən xalqa xidmət eləmək əvəzinə, özünə və yaxınlarına, onların uzaq gələcəyinə xidmət edən çoxsaylı məmurlar postlarından kənarlaşdırılıb. Bəziləri həbs edilməklə əməllərinin cəzasını çəkir, bir hissəsi ölkə başçısının humanizmi ilə sərbəst buraxılıb. Əlbəttə, bu eks-məmurların əksəriyyəti baş verənləri təbii qarşılayır, vəzifənin əbədi olmaması fəlsəfəsini birmənalı qəbul edir və yeni düşüncəli gənclərin yüksək dövlət vəzifələrinə təyin edilmələrini müsbət qarşılayırlar.

Lakin vəzifəni özünün ata malı hsab edən cılız düşüncəli elə eks-məmurlar var ki, özləri də, onun vəzifəsindən faydalanıb milyonlara sahib olan yaxınları da gecə-gündüz, özünü müxalifət adlandıran bəzi siyasi biznesmenlərin qapıları ağzındadırlar. Məqsəd bu islahatların durdurulmasına nail olmaq üçün bütün vasitələrlə ölkə rəhbərliyinə təzyiqi artırmaqdan ibarətdir. Hətta rüşvətə, korrupsiyaya normal həyat tərzi kimi yanaşan elə məmurlar var ki, hələ də postlarında oturmalarına rəğmən bu küləyin onlara da çatacağını bildiklərindən, onlar da gizli qaydada həmin eks-mmurlara dəstək verməyə çalışırlar. Bunun üçün sadə insanları cüzi məbləğlərlə ələ alıb, həqiqətdən uzaq çıxışlarını lentə alıb, sosial şəbəkələrdə yayımlayırlar ki, bu da dolayısı ilə sadə insanların özlərinin özlərinə vurduğu sarsıdıcı zərbədir. Bu mövzunun genişliyini və gələcəkdə bununla bağlı ayrıca yazı istəyimin olduğunu nəzərə alaraq, hər bir ölkə vətəndaşının Prezidentin rəhbərliyi ilə həyata keçirilən inqilabi xarakterli qətiyyətli islahatlara eyni qətiyyətlə dəstək verməsi və bu islahatların uğurla başa çatmasının hər birimizin gələcəyi üçün həyati əhəmiyyət daşıdığını xatırlatmaqla yazıya son verirəm...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə